Prezidenti İlham Əliyev BVF-nun Departament direktorunu qəbul edib
15 noyabr 2012 16:56 (UTC +04:00)

Prezidenti İlham Əliyev BVF-nun Departament direktorunu qəbul edib

Prezident İlham Əliyev noyabrın 15-də Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Orta Asiya ölkələri Departamentinin direktoru Masud Əhmədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Beynəlxalq Valyuta Fondu arasında əlaqələrimizin uğurlu inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Görüşdə, həmçinin ölkəmizdə bazar iqtisadiyyatı istiqamətində həyata keçirilən islahatların və makroiqtisadi sabitliyin təmin olunmasının önəmi vurğulanıb, Azərbaycanın prioritet elan etdiyi informasiya-kommunikasiya texnologiyaları, turizm, kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805

Oxşar yazılar