Meriya müxalifətə yenə “yox” dedi
Aksiyanın Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, paytaxt rəhbərliyi “Parlament buraxılsın!” müxalifət qrupu tərəfindən keçiriləcək bu aksiyanı qeyd olunan yerdə keçirilməsini məqsədəuyğun hesab etməyib. BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsindən quruma daxil olan cavab məktubunda bildirilib ki, vətəndaşların istirahətinin təşkili üçün nəzərdə tutulan “Fəvvarələr meydanı”nda etiraz aksiyasının keçirilməsi qanunvericiliklə icazə verilmir.
Aksiyanın Təşkilat Komitəsinin üzvü, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı isə APA-ya açıqlamasında bildirib ki, təmsil etdiyi qurum aksiyanın “Fəvvarələr meydanı”nda keçirilməsində israrlıdır və BŞİH-in cavabını sərbəst toplaşmaq azadlığının pozulması kimi dəyərləndirir.
Qeyd edək ki, “Parlament buraxılsın!” aksiyası əvvəlcə sosial şəbəkələrdə yer alıb, sonradan isə bu səhifənin təsisçiləri olan ictimai təşkilat rəhbərləri, blogger və ictimai-siyasi baxımdan aktiv gənclər hərəkat şəklində aksiya keçirilməsi qərarına gəlib. Aksiyanın təşəbbüskarları arasında İctimai Palataya daxil olan partiyaların gənclər təşkilatları da var. Adıçəkilən qurum analoji şüarla oktyabrın 20-də də “Fəvvarələr meydanı”nda aksiya keçirib.

1317