Ədliyyə naziri Bolqarıstan Ali Kassasiya Məhkəməsinin sədri ilə görüşüb
Ədliyyə naziri Azərbaycanda səfərdə olan Bolqarıstan Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyevlə görüşüb. ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkələr arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir ötən ay Bolqarıstana edilmiş səfərini və faydalı ikitərəfli görüşü məmnunluqla xatırlayıb. Nazir məhkəmə infrastrukturunun müasirləşdirilməsi barədə əhatəli tədbirləri qeyd edərək, bildirib, Dünya Bankı ilə birgə Ədliyyə sisteminin müasirləşdirilməsi Layihəsi həyata keçirilərək 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb. Tətbiq olunan müasir texnologiyalar təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsinə imkan verir. Açılış zamanı məhz bu texnologiyalardan istifadə olunaraq Bakı İstintaq Təcridxanası, habelə respublikamızın əlavə üç bölgəsində yeni inşa olunmuş Gədəbəy, Oğuz, Gəncə Şəhəri Nizami Rayon məhkəmələri ilə videobağlantı yaradılıb. Bolqarıstanın Azərbaycanla hərtərəfli əməkdaşlığa mühüm əhəmiyyət verdiyini və ölkələrimiz arasında əlaqələrin intensiv inkişaf etdiyini söyləyən qonaq ədliyyə nazirinin Bolqarıstana səfərinin hüquqi sahədə əməkdaşlığa əlavə təkan olduğunu vurğulayaraq, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün böyük perspektivin olduğunu bildirib.
Bundan sonra münasibətlərin daha da genişlənəcəyinə əminliyini vurğulayan L.Qruyev ölkəmizdə aparılan məhkəmə islahatlarını, o cümlədən infrastrukturun təkmilləşdirilməsi üzrə görülən işləri təqdir edərək ölkə rəhbərliyinin məhkəmə sisteminə yüksək diqqətini və bu sahənin müasirləşdirilməsinin dövlət siyasətinin prioritetlərindən olduğunu xüsusi dəyərləndirib. Görüşdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, hakimlərin tədrisi, regional məhkəmələrin fəaliyyəti və s. məsələlər barədə faydalı fikir və təcrübə mübadiləsi aparılmış, nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.
Bolqarıstan Ali Kassasiya Məhkəməsinin nümayəndə heyəti ölkəmizin regionlarına səfəri çərçivəsində Oğuz rayon məhkəməsinin müasir binası ilə də tanış olub.

621