Parlamentdə internet qadağası
15 noyabr 2012 15:22 (UTC +04:00)

Parlamentdə internet qadağası

Millət vəkili Etibar Hüseynov deputatlar üçün qoyulan məhdudiyyətlərdən şikayətlənib.
Lent.az-ın verdiyi məlumata görə, Etibar Hüseynov parlamentdə deputatlara otaqlar ayrılmasını yaxşı hal sayıb.

Ancaq o, internetin zəif olmasından, sosial şəbəkələrə, “youtube”-yə girişə qadağa qoyulmasından şikayətlənib: “Bəzi qəzetlərin saytlarına girişə də qadağa qoyulub. Baxmayaraq ki, həmin qəzetlər parlamentin foyesində açıq satılır. Belə halları aradan qaldırmaq lazımdır”.

Vitse-spiker Ziyafət Əsgərov isə saytlara, “youtube”-yə girişə qadağa məsələsini araşdıracağını bildirib: “Ancaq qəzetlərin saytlarına girişə hər hansı qadağa yoxdur”.

Millət vəkili Elmira Axundova deyib ki, deputatlar xaricdə əməliyyat edilən zaman pulun bir hissəsini parlamentin ödəməsi məqsədəuyğun olardı. Eyni zamanda deputatlara idman zallarında şərait yaradılmasını istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3662

Oxşar yazılar