Oqtay Əsədov: “Azərbaycan daha çox inkişaf edə bilərdi...”
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov noyabrın 15-də Milli Məclisə gəlib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Milli Məclisin sədri Oqtay Əsədov ilə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov arasında görüş olub.
O. Əsədov deyib ki, Azərbaycan və çeçen xalqları arasındakı dostluq münasibətlərinin qədim tarixi var. Respublikalarımız arasında da geniş əlaqələr mövcuddur. İnanırıq ki, sizin bu səfəriniz əlaqələrimizin daha da genişlənməsinə və yeni müstəvidə inkişaf etməsinə təkan verəcək.
Milli Məclisin sədri Azərbaycanla Çeçenistan arasında, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycan daha çox inkişaf edə bilərdi. Lakin Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və bunun nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneə yaradır. Azərbaycan xalqı və dövləti bu problemin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdardır.
R. Kadırov deyib ki, Bakının siması günbəgün dəyişir. Bu da ölkənin iqtisadi inkişafının göstəricisidir.
Çeçenistanın da inkişaf yoluna qədəm qoyduğunu vurğulayan qonaq deyib ki, indi Çeçenistanda da yaxşı investisiya mühiti formalaşır. Azərbaycanın iş adamları Çeçenistan iqtisadiyyatına sərmayə yatıra bilərlər və bu hər iki tərəfin xeyrinə olacaq. Sonra görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, Azərbaycanın və Çeçenistanın regionları arasında münasibətlərin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

1253