Eynulla Fətullayevlə Şahvələd Çobanoğlu arasında növbəti dava-MƏTN
Azərbaycanın iki tanınmış jurnalisti Eynulla Fətullayev və Şahvələd Çobanoğlu növbəti dəfə “Facebook” sosial şəbəkəsində üz-üzə gəliblər.
Bir müddət əvvəl millət vəkili Fazil Mustafanın Şahvələd Çobanoğlu haqqında yazdığı köşə yazısına görə virtual aləmdə “əlbəyaxa” olan köhnə dostlar bu dəfə isə Eynulla Fətullayevin yazdığı statusa görə dalaşıblar.
“Qafqazinfo” həmin statusla yanaşı Eynulla Fətullayev və Şahvələd Çobanoğlu arasındakı mübahisəni olduğu kimi təqdim edir:
Şahvələd Çobanoğlu, bunu oxu, vicdanın oyansın. Şahvələd bəy, sən məni reneqat elan etmişdin, balıq Hafizlə müqayisə edirdin... İqtidar da məni Leyla Yunusluqda ittiham edir. Çünki mənim öz yolum var, həmişə olub və olacaq. Bu ölkədə, səndən və YAP-dan başqa mənə vicdansız deyən olmadı.
Belə! Neelie Kroes xanımla ilk təmasımız panellərin birində oldu. Orada bu xanım, onunla bərabər Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks, ATƏT-in media azadlığı üzrə təmsilçisi xanım Dünya Miyatoviç, Azərbaycandan Eynulla Fətullayev və bir neçə başqa əcnəbi şəxs əsas məruzəçilər idi. Bəndəniz də Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə birlikdə həmin tədbirdə iştirak edirdi.
Xanım Kroesə qədər çıxış edən Nils Muiznieks ölkəmizdə insan haqları ilə bağlı narahatlıq doğuran hallar barədə danışaraq qeyd etdi ki, Kürdəxanıda siyasi məhbus hesab edilən bəzi şəxslərlə görüşüb. Onun çıxışı yetərincə balanslı idi. Daha sonra çıxış edən Neelie Kroes də başqa məsələlər haqqında danışmaqla bərabər Azərbaycanda insan haqları, İnternet azadlığı, jurnalistlərin hər an təhlükə altında olması kimi məsələləri vurğuladı. Nümunə kimi də paneldə çıxışçı olan Eynulla Fətullayevi göstərdi.
Elə Eynullanın çıxışı da, deyəsən, xanım Kroes-in bu çıxışından ruhlandığından idi ki, o, ölkəmizi ağ yuyub qara sərdi! Dedi ki, bu ölkədə jurnalist olmaq çox risklidir! Azad sözə görə hər an sizi təhlükə gözləyir! Az qala deyəcəkdi ki, ümumiyyətlə bu ölkədə küçəyə çıxmaq belə insan həyatı bahasına başa gələ bilər! Yeri gəlmişkən, Eynullanın leylayunusvarı çıxışının barıtı o qədər çox oldu ki, hər zaman özünün radikal çıxışları ilə diqqət çəkən Osman Gündüz belə dözə bilmədi və mənim böyrümü dümsükləyib, “bu nə edir əşi?!” deyə sual etdi.
Şahvələd Çobanoğlu Eynulla, axı sen tədbirdən sonra həmin xanımın türməyə buraxılmamasına haqq qazandırmırdınmı?
Eynulla Fətullayev Həmin xanım, Ədliyyə Nazirliyinə müraciət etməmişdi, ən azı formal cəhətdən müraciət etməli idi, ona görə də Dünya Miyatoviçi nümunə gətirib, onun müraciət etməsinin vacibliyini vurğuladım
Şahvələd Çobanoğlu Eynulla, Ədliyyə Nazirliyi prezidentə tabedir, prezident göstəriş verməli idi, ya da nazirlik bunu dərhal dəqiqləşdirməli idi. Sən hüquq müdafiəçisisən, yoxsa Ədliyyə Nazirliyinin müdafiəçisi? Sən deyə bilərdin ki, gərək nazirlik bu görüşə imkan yaradaydı, hətta formallıqlara baxmayaraq, çünki formallıq yaxşı niyyətləri aşmır. Bu ölkədə insanlar 50 manat verib məhbusla görüşə bilir...
Eynulla Fətullayev Şahvələd, sən 50 manat verib, girmisən həbsxanaya son 1 ildə? Mənə nümunə göstərə bilərsən? Bu bir, ikincisi, sən məsələni Siyavuş Novruzov və YAP sayağı sualımdan yayındırma. Sən xalqı aldatmısan, şəxsi mülahizələrini və iddialarını ictimai maraqlardan önə çəkib, mənə çamur atmısan, buna cavab ver?
Şahvələd Çobanoğlu Hakimiyyətdəkilər də deyir ki, fakt göstər, o faktları ki, hamıya bəllidir. YAPsayagı komissarın türməyə buraxılmamasına haqq qazandiran sən deyildinmi? Leyla Yunusun rəhbərliyi ile apardığımiz Eurovizion kampaniyasina qarşı çıxan sən deyildinmi? Daha nə çamur?
Eynulla Fətullayev Şahvələd, sən mənim 4 illik mübarizəmi ləkələmək istədin, həbsdən canımı qoydum. Saçlarım, dişlərim töküldü, əsəb xəstəliyini tapdım, 2 il 2 ay müddətinə təkadamlıq kamerada qaldım, sən buna kölgə salmaq istədin, əgər sənin etiqad etdiyin dəyərlər bu qədər vəhşiliyə və qeyri-insanlığa söykənirsə... Onda nə bilim, mən səni sadəcə tanımamışam...
Eynulla Fətullayev Sizin Avrovisiyaya qarşı kampaniyanıza mən yox Avropa Şurası baş katibi Tyurborn Yaqland çıxış etdi, mən onun tezisini təkrar etdim. Əgər Avropa Şurası kimi mötəbər qurum bu kampaniyanı qeyi-ciddi və mənasız, dövlətimizin adına ləkə gətirən kampaniya kimi qiymətləndiribsə, deməli strategiyanız və kampaniyanız səhv olub.
Eynulla Fətullayev Sənin dəyərlərin budur da, vaxtilə çörək kəsdiyin, dost dediyin Fazil Mustafanın rəhmətə getmiş atasının xatirəsini belə ləkələməyə cəhd etdin.
Şahvələd Çobanoğlu Sən dəyərdən danışma, sənə ermənipərəst, xalq düşməni deyənlərə qulluq etdin. Sənə o əziyyətləri verənlərə tərəf durdun. Nə oldu TV-lərdə sənə deyilənləri unutdun? Fazil dəyərsiz bir adamdır. Ona sadəcə cavab verdim. Sən öz atandan soruş. Emin dayı deyirdi ki, Eynullanın və onun butun dostları üz çevirdi, həmin ağır günlərdə, deyirdi ki, sen hamısının əvəzisən. Mən ağır günlərin dostuyam, yalan günlərin yox.
Eynulla Fətullayev Mən həbsdə olanda sən əvəzsiz oldun. Bunu kim danır? Sən məni müdafiə etdin, bu da danılmazdır. Ola bilər ki, sənin Fazil Mustafaya münasibətin pisdir, amma onun rəhmətə getmiş atasının xatirəsini münaqişəyə niyə qatırsan?
Eynulla Fətullayev Mən də Milli qəhrəman Rasim Əkbərov və daha onlarla məhkum üçün əvəzsiz oldum. Sən ki bunu yaxşı bilirsən, illərlə Rasimi fanatikcəsinə müdafiə etdim. Amma səndən fərqli olaraq, bunu onun üzünə çırpmadım. Kişi elədiyi yaxşılığı minnət kimi hər dəfə xatırlatmaz. Bunu öyrən heç olmasa, bu gün sabah 50 yaşın olacaq.
Şahvələd Çobanoğlu Eynulla, görünür sən neyise öyrənməlisən, halal maaşımı mənim başıma qaxdin, mən isə elediklerimi dilime almadim. Sən mənə deyersiz deyirsen, deyirem ki, axi deyersiz olsam, sen haqsizliq olanda niye o cur edirdim. Maragim vardi? Onda da maaş alırdım?
Eynulla Fətullayev Mən sənin maaşını başına qaxmadım, xeyir, Allah eləməsin. Sən ki məni yaxşı tanıyırsan, bilirsən ki, pul mənim üçün heç zaman dəyər olmayıb. Sən ki ikimizə aid olan söhbəti mətbuata çıxartdın, məni aşağılamağa cəhd etdin, tam səbəbsiz, sadəcə cavabını aldın.
Eynulla Fətullayev Sən özün Azadlıq qəzetində 25.09.2010-cu il tarixdə yazırdın ki, "Eynulla qazandığını bizə xərclədi... Onun nəyi olubsa bizim olub" Bəlkə yalan deyirəm? Mən də dediklərini konstatasiya etdim, yəni bununla sənə bir daha çatdırmaq istədim ki, insan populizm və eqoizm naminə insani münasibətləri qurban verməməlidir.
Eynulla Fətullayev Şahvələd, zaman gələcək sən mənim və Fazil Mustafa haqqında söylədiklərinə görə peşman olacaqsan. Söz! Və yəqin ki, onda da nə zamansa yanıldığını etiraf edəcəksən. İctimai bəlalar çoxdur, ondan yaz, yoxsa yaradıcılığı insanlara həsr etmə... Ən azı ona görə ki, sən peyğəmbər deyilsən. Amma Maqdalina da deyilsən. Sən daha çox yolunu azmış yəhudiyə bənzəyirsən. Bütləri qır.
Şahvələd Çobanoğlu: Sənə aid çox ittihamlar olurdu o illərdə, hətta pulla bağlı, mən isə qəzetin pulu ilə bağlı demişdim yəqin, hətta sənə təbəssüm edənlər belə deyrdilər ki, sən onu tanımırsan. Amma mən doğru bildiyimi etdim. İndi də doğru bildiyimi edirəm. Əksinə, yolunu azmış adam kimi hər ikiniz də peşman olacaqsınız. Bu da söz! Gələcək hər şeyi deyəcək. Vaxtımı da sənə ayırmamışam.
Eynulla Fətullayev: Mən heç vaxt elədiyim heç bir hərəkətə görə peşman olmamışam və olmayacam. Keçmişimlə fəxr edirəm, 2005-ci il yenidən təkrar olunsaydı, bir yerdə qəzet buraxardıq. Amma təəssüf ki, 2005-ci il daha heç vaxt qayıtmayacaq. Və... sən o zaman daha müdrik idin. Yaşa dolduqca sanki cavanlaşırsan))) Bəlkə də yaxşı xüsusiyyətdir, amma o zaman sən olmasaydın, bəlkə də məni daha tez tutardılar, sən həmişə məni çiynimdən çəkmisən. Sağ ol, gələcək - hakimdir. Baxarıq

1954