Qüdrət Həsənquliyev bank faizlərindən şikayətləndi
14 noyabr 2012 18:11 (UTC +04:00)

Qüdrət Həsənquliyev bank faizlərindən şikayətləndi

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanla Estoniya və Avstriyanın dövlət büdcələrini müqayisə edib. Millət vəkili bildirib ki, əhalisi 1 milyon 300 min nəfər olan Estoniyanın büdcəsi 6 milyard avro, əhalisi Azərbaycandan 1 milyon nəfər az olan Avstriyanın büdcəsi 73,5 milyard avrodur: “Biz Estoniya və Azərbaycanda adambaşına düşən büdcə vəsaitinə baxsaq, gərək büdcəmiz 42 milyard avro olsun”.

Tələbələr üçün təhsil kreditlərinin ayrılmasını zəruri sayan Qüdrət Həsənquliyev Azərbaycanın xaricdə yerləşdirilmiş valyuta ehtiyatlarının bir qisminin ölkəyə gətirilərək kredit şəklində sahibkarlara verilməsini təklif edib: “Hesablama Palatası sədrinin keçən dəfə dediklərindən məlum oldu ki, Azərbaycanın həmin vəsaitləri xarici fondlarda 1 faizdən də aşağı şərtlərlə saxlanılır. Ancaq Azərbaycanda 20 faizdən aşağı kredit verən bank yoxdur”.

Qüdrət Həsənquliyev Azərbaycanın hərbi büdcəsinin az olduğunu bildirib: “Hərbi büdcəmiz 2,7 milyard dollardır. Bu, Ermənistanın büdcəsindən çox olsa da, bütün beynəlxalq hərbi mərkəzlər hesab edir ki, indiki xərclərlə Azərbaycan hərbi gücünə görə yalnız 3-4 ildən sonra Ermənistanın səviyyəsinə gəlib çata bilər. Bu, bir reallıqdır. Hərbi büdcə dövlət büdcəsinin 23-25 faizi həcmində olmalıdır. Heç bir beynəlxalq təşkilat və dövlət bizim əvəzimizə torpaqlarımızı işğaldan azad etməyəcək. Bunu hamımız bilirik və hesab edirəm ki, biz sözdə deyil, əməldə işğalla barışmamalıyıq. Torpaqlarımızın işğaldan azad olunması üçün ciddi addımlar atılmalıdır. Ölkədə xəstəxana, olimpiya komplekslərinin tikintiləri dayandırmalı, onlara ayrılan pullar hərbi büdcəyə yönəldilməlidir”.

Spiker Oqtay Əsədov isə Azərbaycanla Ermənistanın hərbi büdcəsini Ermənistanla müqayisə etməyi düzgün saymayıb: “Azərbaycanın hərbi gücü çoxdur. Dünyada qaydalar var. Ancaq Azərbaycanı militarist ölkə elan edə bilmərik”.



Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli olimpiya qaliblərinə verilən mükafatla müəllimlərə verilən əməkhaqqını müqayisə etməyi yanlış sayıb. Onun sözlərinə görə, Qarabağ əlillərinə, veteranlara maşınlar, evlər verilir. Hadi Rəcəbli həkimlərin maaşının artırılmasının zəruri olduğunu da vurğulayıb.


Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1713

Oxşar yazılar