Oqtay Əsədov almadan danışdı
0
0
Lent.az-ın verdiyi məlumata görə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov elm və təhsil üçün ayrılan vəsaitin artırılmasını istəyib.
Millət vəkili Yevda Abramov son aylar müxalifət mətbuatı iqtidar deputatlarının xüsusən büdcə, iqtisadiyyatla bağlı söylədiyi fikirlərin qabardıldığını və bunun hökumətə qarşı çıxmaq kimi təqdim olunduğunu bildirib: Biz seçildiyimiz rayonların problemlərini qabardırıq. Ancaq mən bu gün deyirəm ki, bu büdcə çox akademik hazırlanıb. Biz də insanıq, çatışmayan cəhətləri deyə bilərik. Bizim dediklərimizdən tutub ucuzluğa getmək lazım deyil. Mən Quba rayonun problemləri ilə bağlı rayonumuzdan seçilmiş digər millət vəkili Vahid Əhmədovun söylədiklərini dəstəkləyirəm. Ancaq indi Azərbaycan bazarlarında xarici ölkələrdən gələn almalar satılır, baxmayaraq ki, ən gözəl almalar Qubada yetişir. Gömrük rüsumlarını artırmaqla Quba almasının şöhrətini artırmaq olar. Quba Rayon İcra Hakimiyyəti bu günlərdə alma bayramı keçirdi. Gözləyirdik ki, bundan sonra 60-70 maşın alma Rusiyaya getsin. İxracı stimullaşdırmaq lazımdır. Qubanı iş yerləri əsasən konserv zavodları üzərində cəmlənmişdi. İndi o zavodları kim alıb, sağlıqlarına, qismət olsun. O zavodların birində bir mövsümdə 1500 nəfər işləyirdi. İndi o zavodların heç biri işləmir”.
Spiker Oqtay Əsədov isə deyib ki, Qubanın özündə almanın qiyməti Bakının özündən də bahadır: “Bu məsələ barədə də düşünmək lazımdır, çünki bazar iqtisadiyyatıdır. Zavod niyə işləmir, İqtisadi İnkişaf Nazirliyi bunu araşdırsın. Qubanın alma məsələsi neçənci dəfədir ki, Vahid Əhmədov və sizin tərəfdən qaldırılır”.
Ramiz

Oxşar yazılar

Madat Babayan Xocalı soyqırımı zamanı xüsusi qəddarlığı ilə seçilən ermənilərin adlarını açıqladı
4 sentyabr 2025 , 20:30
Bu ölkə Putinin azərbaycanlı dostu İlham Rəhimova sanksiya tətbiq etdi
4 sentyabr 2025 , 18:16
Azərbaycan bu ölkədəki səfirini geri çağırdı
4 sentyabr 2025 , 16:18
Keçmiş prezident veriliş aparıcısı olacaq
4 sentyabr 2025 , 13:09
Putin İlham Əliyevlə belə salamlaşdı - VİDEO
3 sentyabr 2025 , 08:10
Ermənistan digər dövlətlərin hesabına mövcud olub - Paşinyan
2 sentyabr 2025 , 09:55
Arzu Əliyevanın Birinci vitse-prezidentlə Çindən maraqlı fotoları
1 sentyabr 2025 , 14:15