“Millət idmançının deyil, müəllimin çiynində durur”
0
0
Milli Məclisdə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirələri davam edir. Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Aydın Mirzəzadə hökumətə Mingəçevir şəhəri ilə bağlı xüsusi bir plan hazırlanmasını təklif edib.
Aydın Mirzəzadə fəaliyyətini dayandırmış iri müəssisələrin yerində xırda müəssisələrin açılmasının özünü doğrultmadığını, şəhərdə işsizliyin çox olduğunu söyləyib. O, Nizami Gəncəvinin heykəlinin görkəmli bir yerə yerləşdirilməsini də istəyib.
Millət vəkili Çingiz Qənizadə cəmi 140-150 manat əməkhaqqı alan poçt işçilərinin əməkhaqqılarının artırılmasını zəruri sayıb. Onun sözlərinə görə, məhkəmə orqanlarında da texniki və sıravi işçilərin əməkhaqqı çox azdır və bu, bəzən xoşagəlməz hallara yol açır.
Millət vəkili İqbal Ağazadə büdcənin 85 faizinin neft amilindən asılı olmasını ciddi faciə hesab edib. O, hökuməti büdcənin neftdən asılılığını aradan qaldırmaq üçün praktik addım atmamaqda ittiham edib: “İqtisadi İnkişaf Nazirliyi 554 müəssisə yaradıldığını, 72 min iş yeri açıldığını bildirir. Hər müəssisəyə 14 nəfər düşür. Bu necə müəssisədir? Çörək, şirniyyat, dəmir sexləri də bağlanır, bu sahələr bir əldə cəmləşdirilməyə çalışılır. Səhiyyə xərclərində adambaşına 74 manat düşür. Hər şey bu vəsaitə necə yerləşdirilir? Məcburi tibbi sığorta niyə gecikdirilir? Bu gün 150 manatdan artıq pensiya təminatı yoxdur. Bu gün Təhsil Nazirliyi 24 saatdan artıq dərs keçməyə qadağa qoyub. 24 saat isə 168 manat edir, müəllim bu vəsaitlə necə dolansın? Rayonlarda müəllim çatışmır, digər müəllim dərs deyir, ancaq Təhsil Nazirliyinin qadağasına görə o müəllimə pul verilmir. Olimpiya çempionuna 400 min manat verilir, bu, bir müəllimin 198 illik maaşına bərabərdir. Millət idmançının deyil, müəllimin çiynində durur. ABŞ-da olimpiya çempionuna cəmi 25 min dollar mükafat verilir, Azərbaycanda olduğu kimi 400 min manat, yəni 500 min dollar yox!”
İqbal Ağazadə Neft Fondundan transfertlərin yalnız yol, kanalizasiya və digər infrastruktur layihələrə yönəldilməsini də düzgün saymayıb: “Elə sahələrə pul qoyulmalıdır ki, sabah büdcəyə o sahələrdən gəlir gəlsin. Neft Fondunda 2 illik pulumuz var, 10 illik yox. Sovet imperiyası kimi dövlət neftin qiymətinin aşağı düşməsi ilə dağıldı. Bir neçə il əvvəl neftin qiyməti qəfil 48 dollara qədər aşağı düşdü. Belə hal baş versə, biz nə edəcəyik?”
Ramiz