Siyavuş Novruzov: “YAP yaranan kimi AMİP dağıldı”
Xalq cəbhəsindən çoxlu insan YAP-a gəldi. Hansı ki, o insanların bir hissəsi siyasi fəaliyyətlə məşğul olurdu. Onlar YAP-ın tutduğu düz xətti, yolu, istiqaməti gördükdən sonra bura qatıldı”.
Lent.az-ın məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində eni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Millət vəkili vurğulayıb. S. Novruzov qeyd edib ki, bu gün nəinki bizi əhatə edən dövlətlərdə, başqa dövlətlərdə də Yeni Azərbaycan Partiyası qədər qüdrətli olan, xalqa, dövlətə xidmət edən ikinci bir partiya yoxdur: “Ona görə də, YAP-a ümumxalq partiyası deyirlər. Burada milliyyətindən, dinindən, sosial mənşəyindən asılı olmayaraq, xalqın bütün nümayəndələri Yeni Azərbaycan Partiyasının üzvləridir”.
S. Novruzovun sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan siyasi palitrasında millətçi yanaşma çox populyar idi: “Keçmiş kommunistləri və sosial demokratları çıxsaq, demək olar ki, bütün siyasi təşkilatlar fəaliyyətini daha çox milliyyətçilik üzərində qururdular. Sonradan gördünüz ki, hamısı nizamnamələrini dəyişdilər. Yeni Azərbaycan Partiyası yaradılarkən çox adam da fikirləşirdi ki, bunu millətçi bir partiya kimi yaradaq, adını elə bu istiqamətdə qoyaq. Amma Yeni Azərbaycan Partiyası sağ mərkəzçi istiqaməti götürərək bu günə qədər də fəaliyyətini bu prinsiplər əsasında davam etdirir”.
Millət vəkilinin sözlərinə görə, millətə, xalqa xidmət etmək üçün vacib deyil ki, partiyanın adını millətçilik qoyasan. “Əslində, millətçilik bir dəyər kimi, bizim partiyamızın siyasi – ideoloji fəaliyyətində öz yerini alıb, amma biz bunun sivil formasını üstün tuturuq. Hesab edirəm ki, bizim mənimsədiyimiz dəyərlər, bu baxışlar sistemi 30 il sonra da aktual olacaq. Bu da yenə də Ümummilli liderimizin qərarının nə qədər doğru olduğunu, Onun uzaqgörən bir siyasi lider olduğunu ortaya qoyur” - deyə, YAP icra katibinin müavini əlavə edib.

1157