Prezident İlham Əliyev Patrik Hikkini və Karolina Piperi qəbul edib
Prezident İlham Əliyev noyabrın 13-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə ölkəmizdə idmanın bütün sahələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulandı, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, o cümlədən London Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlar yüksək qiymətləndirildi, ölkəmizin müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ölkə başçısı bu gün həmçinin Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri xanım Karolina Piperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaradılmasını ölkələrimiz arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan və Almaniya iş adamlarının qarşılıqlı fəaliyyəti, birgə layihələrin həyata keçirilməsi baxımından ticarət palatasının önəmini qeyd edib. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın sənaye, enerji, sərmayə qoyuluşu, təhsil, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35