Vitse-spiker Türkiyəyə gedəcək
13 noyabr 2012 16:20 (UTC +04:00)

Vitse-spiker Türkiyəyə gedəcək

0
Noyabrın 14-də Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov ABŞ-ın Atlantik Şurasının təşkil etdiyi Enerji və İqtisadiyyat Sammitində iştirak etmək üçün İstanbula gedəcək.

Bu barədə Lent.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. “Dinamik regionda yeni imkanlar” mövzusuna həsr olunmuş bu toplantıda maliyyə böhranından inkişafa doğru, Xəzər qazının bazarlara çıxışı, enerji bazarı - təchizat, tələbat və siyasət, regional inkişafın istiqamətverici amilləri, İraqın regional əlaqələri, ABŞ-da seçkilər və xarici siyasətin nəticələri, İran ətrafında vəziyyət və digər mövzularda müzakirələr aparılacaq.

Qeyd edək ki, səfər noyabrın 17-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1102

Oxşar yazılar