Yavər Camalov ukraynalı nazirlə görüşdü
Noyabrın 13-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Ukraynanın müdafiə naziri Dmitri Salamatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə hərbi-texniki əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.
Nümayəndə heyətinin başçısı Dmitri Salamatin səmimi qəbula görə minnətdarlığını bildirib.
Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak edib.

800