Prezident İlham Əliyev: ”Azərbaycana qarşı təxribat cəhdləri artır”
Lent.az-ın Azərbaycan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında çıxışı zamanı bildirib.
Ölkə başçısının sözlərinə görə, MTN tərəfindən xoşagəlməz halların aşkar edilməsinə və qabağının alınmasına baxmayaraq, əfsuslar olsun ki, onların sayı artır: “Bu, onu göstərir ki, Azərbaycana qarşı edilən təxribat cəhdləri artır. Bu da təbiidir. Çünki ölkəmiz inkişafdadır. Azərbaycan müstəqil siyasət aparır. Bu, heç də bütün xarici dairələrin ürəyincə deyil. Ancaq biz öz yolumuzla gedirik. Yolumuzu müdafiə etmək, bizi təhlükələrdən qorumaq üçün MTN çox uğurla, peşəkarlıqla çalışır”.
Prezident İlham Əliyev vurğulayıb ki, MTN əməkdaşları vətənpərvər, öz Vətəninə, Azərbaycanın müstəqilliyinə bağlı olan insanlardır. “Bu gün MTN öz üzərinə düşən funksiyaları çox şərəflə, ləyaqətlə yerinə yetirir. Onu da qeyd etməliyəm ki, biz, eyni zamanda, dünyada gedən prosesləri izləyirik və bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün öz töhfəmizi veririk. Bu barədə də əlbəttə ki, açıq danışmaq olmaz. Ancaq qeyd etməliyəm ki, bu gün Azərbaycan və onun təhlükəsizlik orqanları bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün öz dəyərli töhfələrini verirlər” - deyə, ölkə başçısı əlavə edib.

2110