NATO: Alyansa üzv ölkələr Azərbaycan və Ermənistana silah sata bilər
13 noyabr 2012 10:39 (UTC +04:00)

NATO: Alyansa üzv ölkələr Azərbaycan və Ermənistana silah sata bilər

Ermənistan və Azərbaycan hərbi münaqişə vəziyyətində olduğu üçün NATO bu dövlətlərə silah və texnika satışına embarqo tətbiq edir. APA-nın məlumatına görə, bu barədə NATO qərargahında səfərdə olan Azərbaycan jurnalistlərinə bildirilib. NATO rəsmilərinin sözlərinə görə, buna baxmayaraq, alyansa üzv ölkələr fərdi qaydada hər iki ölkəyə silah satışı barədə qərar qəbul edə bilər: “Bu onların özlərindən asılıdır”.


Alyans rəsmiləri hesab edirlər ki, NATO-nun Cənubi Qafqaz regionunda hərbi iştirakı bölgədə stabilliyi poza bilər.

Azərbaycan Silahlı Qüvvələrinin modernləşmə istiqamətində səylər, PARP və İPAP proqramları üzrə öhdəliklərin icrası, həmçinin Əfqanıstandakı çoxmillətli əməliyyatlara rəsmi Bakının töhfəsi NATO –da yüksək qiymətləndirilib. NATO-nun iki tərəf arasında razılaşdırılmış proqramların icrası məqsədi ilə Azərbaycan müdafiə və təhlükəsizlik sektoruna təlim və treninqlərin keçirilməsi, ekspert yardımlarının göstərilməsi və s. sahələrdə yardımlar göstərdiyi vurğulanıb. NATO həmçinin Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu (PfP Trust Fund)vasitəsi ilə Azərbaycan və Gürcüstanda demilitirizasiya – mina və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi layihələrində iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1397

Oxşar yazılar