Rusiyanın Azərbaycandakı səfirindən Xankəndi limanı ilə bağlı sərt açıqlama
12 noyabr 2012 19:03 (UTC +04:00)

Rusiyanın Azərbaycandakı səfirindən Xankəndi limanı ilə bağlı sərt açıqlama

0
“Ermənilərin Dağlıq Qarabağda hava limanı açması barədə məsələ yeni deyil və Rusiya tərəfi münaqişənin həllində iştirak edən digər vasitəçilərlə birgə bununla bağlı narahatlığını bildirib”.

APA-nın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Səfirin sözlərinə görə, bu addım tərəflər arasında etimadın qurulmasına mane yaradır və regionda gərginliyə səbəb olacaq: “Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə töhfə verməyəcək”.

V. Doroxin hər iki tərəfin diplomatik addımlar atacağına ümidvar olduğunu bildirib: “Düşünürəm ki, tərəflər hava gəmilərin vurulması barədə təhdidlərə yol verməyəcək və bu məsələni siyasətləşdirməyəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4434

Oxşar yazılar