Prezidenti İlham Əliyev Ukraynanın müdafiə nazirini qəbul edib
12 noyabr 2012 18:42 (UTC +04:00)

Prezidenti İlham Əliyev Ukraynanın müdafiə nazirini qəbul edib

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Dmitri Salamatin Ukrayna prezidenti Viktor Yanukoviçin Konstitusiya günü münasibətilə təbriklərini və salamlarını dövlət başçısına çatdırıb.

Ukrayna prezidentinin Azərbaycan ilə münasibətlərin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxladığını bildirən müdafiə naziri ölkəsinin respublikamızla ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin böyük tarixə malik olduğunu deyən prezident İlham Əliyev ölkəmizin bu münasibətlərin daha da genişləndirilməsinə önəm verdiyini, əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Dövlət başçısı Dmitri Salamatınin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu söyləyib. Prezident İlham Əliyev Prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ukrayna dövlətinin başçına çatdırmağı xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800

Oxşar yazılar