Ziyafət Əsgərov Bakı Ali Neft Məktəbində görüş keçirib
Bakı Ali Neft Məktəbində Konstitusiya Günü münasibətilə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun professor-müəllim heyəti və tələbələrlə görüşü keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan rektor Elmar Qasımov qeyd edib ki, 12 noyabr Azərbaycan xalqının həyatında əlamətdar günlərdən biridir.
E.Qasımov vurğulayıb ki, Azərbaycanın sabit inkişafı məhz ilk milli Konstitusiyanın qəbulu ilə başlayıb: “Konstitusiyanın hazırlanması təşəbbüsü ulu öndər Heydər Əliyevə məxsusdur. Məhz onun tapşırığı və rəhbərliyi ilə Azərbaycanın bu mühüm dövlət sənədi hazırlanıb və qəbul edilib”.
Daha sonra çıxış edən Z. Əsgərov bildirib ki, müstəqil Azərbaycanın ilk milli Konstitusiyası 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilib. O vurğulayıb ki, məqsəd bu Konstitusiyanı hamının qəbul etməsi, legitim olması idi. “Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya aktı olsa da, o, Konstitusiyanı əvəz edə bilmirdi. Məhz buna görə də Konstitusiyanı hazırlamaq bir vəzifə kimi qarşıda dururdu. Konstitusiya dövlət, cəmiyyət və şəxsiyyət münasibətlərini özündə əks etdirən əsas sənəd idi. Konstitusiya hazırlananda ulu öndər belə bir tələb qoymuşdu ki, hazırlanan sənəd sosial təminatlı Konstitusiya olmalıdır. Yəni bu sənədlə hətta ana bətnində olan körpələrin belə hüquqları qorunmalıdır”.
Sonda vitse-spiker müəllifi olduğu kitabları ali məktəbin kitabxanasına hədiyyə edib.
Anar Məcidzadə

Oxşar yazılar

Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib?
21 may 2025 , 16:00
İlham Əliyev Macarıstana getdi
20 may 2025 , 14:10
Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videolar nümayiş olundu
19 may 2025 , 21:19
Məhkəmədə Ter-Petrosyanın videosu nümayiş etdirildi
19 may 2025 , 15:12
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
19 may 2025 , 14:28
ABŞ Suriya prezidentini məhv etməyi planlaşdırıb - İDDİA
18 may 2025 , 19:50
Ölüm, casusluq və intim FOTOLAR: İsveç Xarici İşlər Nazirliyindəki qalmaqalın qaranlıq TƏFƏRRÜATLARI
18 may 2025 , 14:05