Fərhad Abdullayev: “Ötən müddətdə ümumilikdə 235 qərar və 52 qərardad qəbul edilib”
“Azərbaycan Respublikasının Konstitusiyasında sosial ədalət konsepsiyası geniş formada öz əksini tapıb. Burada iqtisadiyyatın azad inkişafına təminat verilməklə, ölkənin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi funksiya olaraq dövlətin üzərinə qoyulur”. APA-nın məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmənin saytında yer alan məqaləsində bildirib.
F. Abdullayev hüququn sosial hadisə olduğuna görə cəmiyyətdən cəmiyyətə müəyyən məsələlərdə fərqləndiyini qeyd edib: “Bütün ölkələrin Konstitusiya hüququ eyni deyil. Onlar bir-birindən bəzi xüsusiyyətlərinə görə fərqlənirlər. Bununla yanaşı, bütün Konstitusiya hüququ elminin oxşar cəhətləri də vardır. Konstitusiya hüququ dövlət və cəmiyyətin təşkilinin, şəxsiyyətin hüquqi statusunun, yerli idarəetmənin və özünüidarəetmənin əsaslarını tənzimləyən hüquq sahəsidir. Konstitusiyamızın milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də hüquqi dövlətin ayrılmaz atributu olan və müasir tələblərə cavab verən müstəqil məhkəmə hakimiyyətinin yaradılması olub. Ötən müddət ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 235 qərar və 52 qərardad qəbul edilib. Qərarların böyük bir hissəsi insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub. Konstitusiya Məhkəməsinin 2005-ci il 25 yanvar tarixli qərarının hüquqi mövqeyinə görə, “Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız Konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüququn realizəsi təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Bu isə məhkəmənin insan hüquq və azadlıqlarının pozuntusu ilə bağlı konkret işlər üzrə çıxardığı qərarlarının hüquq tətbiqedici orqanlar, o cümlədən məhkəmələr üçün hüququn mənbəyi qismində çıxış etməsini ehtiva edir” .
F. Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyətə başladığı ilk günlərdən həyata keçirdiyi beynəlxalq əməkdaşlıq çərçivəsində xarici ölkələrin Konstitusiya məhkəmələri, Avropa Şurası, ATƏT, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və bir sıra beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük diqqət yetirdiyini bildirib: “Konstitusiya Məhkəməsinin dəvəti ilə Türkiyə, Rusiya, Almaniya, Belçika, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Ukrayna, Gürcüstan, Moldova, Litva, Latviya, Bolqarıstan və digər ölkələrin Konstitusiya nəzarət orqanlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri və əməkdaşları ölkəmizə rəsmi səfərlər ediblər. Eyni zamanda, Venesiya Komissiyasının bütün Avropa Konstitusiya məhkəmələri üçün ildə üç dəfə nəşr etdiyi bülletenlərdə Avropa Konstitusiya məhkəmələrinin qərarları ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları ingilis və fransız dillərində nəşr olunur”.

1095