Pakistan ordusunun komandanı Azərbaycana gələcək
Səfirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı səfir D. Şikarov iki ölkə arasında mövcud olan dostluq münasibətlərdən söz açıb, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olduğunu qeyd edib. Dağlıq-Qarabağ münaqişəsindən danışan səfir, Pakistanın ölkəmizi bu məsələdə tam dəstəklədiyini qeyd edib, Pakistan senatı tərəfindən Xocalı soyqırımını tanıyan və ölkəmizin ərazi bütövlüyünü bir daha dəstəkləyən qətnamənin qəbul edilməsi faktının Azərbaycan xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətləndirdiyini vurğulayıb.
Görüş zamanı, Azərbaycan və Pakistan Silahlı Qüvvələri arasında əməkdaşlığın məqamları geniş müzakirə edilib. Daha sonra, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Pakistan ordu başçısının 2013-cü ildə Azərbaycana rəsmi səfər etmək haqqında dəvət məktubunu ordu generalı Pervez Aşfaq Kayaniyə təqdim edib.
General Pervez Aşfaq Kayani ilk öncə Azərbaycan müdafiə nazirinin dəvətinə görə təşəkkür edərək dəvəti məmnuniyyətlə qəbul etdiyini və Azərbaycana səfər edəcəyini bildirib. Sonra o, Pakistan və Azərbaycan arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən danışıb, ölkələrarası siyasi və hərbi münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib. O, Azərbaycanla Pakistan arasındakı münasibətlərin xalqlarımız arasında tarixi köklərə əsaslandığını və bunun üçün də səmimi qardaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyini qeyd edib. Pakistan ordusunun komandanı ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə dəstəklədiyini, işğalçı siyasətinə görə Ermənistanla nəinki diplomatik münasibətlər qurulmadığını, hətta Ermənistanı bir ölkə kimi tanımadıqlarını vurğulayıb.
General Kayani iki qardaş ölkə arasındakı münasibətlərin təkcə siyasi və hərbi rəhbərlik arasında deyil, eyni zamanda xalqlarımız arasında qardaşlıq münasibətlərinin və iki xalqın bir-birinə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, rəsmi İslamabad, Azərbaycana verdiyi dəstəyin zəbt olunmuş torpaqlarının tam azad olunacağına qədər qəti şəkildə davam edəcək.
Daha sonra komandan, Pakistan müdafiə sənayesi imkanlarından danışıb, bu sahədə ikitərəfli əməkdaşlığın böyük potensiala malik olduğunu bildirib. O, dünyada ən qüdrətli ordularından sayılan Pakistan silahlı qüvvələrinin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib.
Görüşün sonunda səfir Şikarov Azərbaycan xalça ustaları tərəfindən üzərində general Kayaninin portreti təsvir olunan xalçanı Pakistanın ordu komandanına təqdim edib.

641