Oqtay Əsədov: “Heç bir ölkə Dağlıq Qarabağın tanınması ilə bağlı addım atmayıb”
02 noyabr 2012 12:49 (UTC +04:00)

Oqtay Əsədov: “Heç bir ölkə Dağlıq Qarabağın tanınması ilə bağlı addım atmayıb”

Lent.az-ın verdiyi məlumata görə, cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Məlahət İbrahimqızı Sakit Okean hövzəsindəki kiçik ölkələrdə və Avstraliyada Dağlıq Qarabağdakı separatçı qurumun tanınması istiqamətində addımların atıldığını söyləyib və Azərbaycan parlamenti, diplomatiyamızı bu ölkələrlə bağlı fəallığı artırmağa çağırıb.

Spiker Oqtay Əsədov isə deyib ki, Avstraliyada parlamentin qərar qəbul etməsi yanlış söhbətdir: “Heç bir ölkə Dağlıq Qarabağ və digər separatçı qurumların tanınması ilə bağlı addım atmayıb. Ancaq fikirlərinizlə razıyam, parlament və diplomatik korpuslarımız bu ölkələrdə fəallığın artıracaq”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868

Oxşar yazılar