“Azərbaycan Dəmir Yolları”nda YAP-ın 20 illiyi ilə bağlı yığıncaq keçirilib
0
0
Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, tədbirə Nəsimi rayon təşkilatının və dəmir yolundakı partiyanın ərazi ilk partiya təşkilatının fəalları qatılıb. Tədbir Azərbaycan himninin səslənməsi ilə başlayıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin I müavini Əlirza Süleymanov deyib ki, YAP YAP yaranandan sonra insanlar bu partiyaya üz tutmağa başlayıb və yüzlərlə dayaq dəstələri yaradılıb. YAP-ın dəmir yolundakı ərazi ilk partiya təşkilatı indi ən monolit özəklərdən biridir və məhz o çətin illərdə yaradılıb. 1996-cı il iyun ayının 25-də, o vaxtlar Azərbaycan Dəmir Yolunun rəis müavini olan, indiki nəqliyyat naziri Ziya Məmmədovun böyük dəstəyi ilə təsis konfransı keçirilib və dayaq dəstəsi 43 nəfərlə fəaliyyətə başlayıb: “İndi bizim təşkilatımız YAP-ın ən fəal təşkilatlarından biridir və bu gün öz sıralarında 8 minə yaxın üzvü birləşdirir”.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, YAP-ın ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov, «Azərbaycan Dəmir Yolları» QSC Həkim-Sanitar Xidmətinin rəis müavini Dilşad Əsgərova, Biləcəri stansiyasının rəisi Əli Qasımov, YAP-ın «ADY» QSC-dəki ərazi ilk partiya təşkilatının Gənclər Şurasının üzvü Vüsal Sadıqov çıxış edərək YAP-ın fəaliyyət göstərdiyi 20 il ərzində Azərbaycan cəmiyyətində oynadığı roldan danışıblar.