Prezident İlham Əliyev Rumıniyanın keçmiş baş naziri ilə görüşdü
0
0
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniyanın keçmiş baş naziri, Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri Mihay Razvan Unqureanunu qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Rumıniyanın əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edilib, ölkələrimiz arasında bir neçə il bundan əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında sazişin önəmi qeyd olunub.
Regional əməkdaşlığın genişləndirilməsində Azərbaycan-Rumıniya ikitərəfli əlaqələrinin rolunun xüsusi vurğulandığı görüşdə münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.