Prezident İlham Əliyev Rəşid Təmrəzovu qəbul edib - FOTO
29 oktyabr 2012 16:39 (UTC +04:00)

Prezident İlham Əliyev Rəşid Təmrəzovu qəbul edib - FOTO

Prezident İlham Əliyev oktyabrın 29-da Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı R. Təmrəzovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib. Bakıda keçiriləcək birgə biznes forumun önəmini qeyd edən prezident İlham Əliyev əlaqələrimizi bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə daha da möhkəmləndirməyin və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanları müəyyənləşdirməyin zəruriliyini vurğulayıb. Ölkəmizlə Rusiyanın ayrı-ayrı subyektləri arasında əlaqələrin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da dərinləşdirilməsi baxımından əhəmiyyətini qeyd edən dövlət başçısı Qaraçay-Çərkəs Respublikasının başçısı R. Təmrəzovun ölkəmizə səfərinin fəal qarşılıqlı əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyini deyib.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı paytaxtda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını deyib. Bakıda keçirilən birgə biznes forumun əhəmiyyətini qeyd edən R. Təmrəzov forumun əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1196

Oxşar yazılar