Birinci xanım Fransada-
Parisdə Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.
M. Əliyeva mərasimdə çıxış edərək, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin keçdiyi inkişaf yolundan danışıb: “Bu gün Azərbaycan dünya xəritəsində layiqli yerini tutub və sürətlə inkişaf edir.
Birinci xanım müstəqillik dövründə Fransa-Azərbaycan əlaqələrinin hərtərəfli inkişaf etdiyini bildirib: “Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Bu ilin sentyabr ayında Azərbaycanın və Fransanın dövlət başçılarının görüşü bu münasibətlərin strateji xarakterini bir daha təsdiqlədi. Biz beynəlxalq arenada qarşılıqlı anlaşma əsasında əməkdaşlıq edirik. Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bu əlaqələri tamamilə yeni yüksək səviyyəyə çıxardı”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M. Əliyeva münaqişənin həllinin Azərbaycan-Fransa gündəliyində üstünlük təşkil etdiyini vurğulayıb: “Ölkələrimiz arasında iqtisadi əlaqələr də sürətlə inkişaf edir. Qarşılıqlı ticarət dövriyyəsi 4 milyard avroya yaxınlaşıb və bu gün Azərbaycanda 30-dan çox fransız şirkəti fəaliyyət göstərir”.
Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düpon mərasimdəki çıxışında bildirib ki, ölkələrimizin ikitərəfli əlaqələri 20 ildə böyük inkişaf yolu keçib.
A.Dupon hazırda Fransa-Qafqaz dostluq qrupuna 30 senatorun daxil olduğunu deyib.
Fransalı senator Heydər Əliyev Fondunun prezidenti M. Əliyevanın mədəniyyət sahəsində əlaqələrin inkişafına verdiyi töhfələri və Milli Məclisdə Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü kimi fəaliyyətini də yüksək qiymətləndirib.
Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Fransanın Kolonn orkestri əməkdar artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan və Fransa bəstəkarlarının əsərlərini ifa edib.
Konsertdə Fransanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Oxşar yazılar
İki ölkənin səfirliyi İrandan Azərbaycana köçürüldü -YENİLƏNİB
19 iyun 2025 , 15:44
İlham Əliyev Türkiyəyə getdi
19 iyun 2025 , 15:38
Arayikgil ailələri ilə DANIŞDI
19 iyun 2025 , 14:50
Azərbaycandan İsrailə MÜRACİƏT: Ərdəbilin bombalanmasından narahatıq
19 iyun 2025 , 11:05
"Üçüncü dünya müharibəsi olacaq": Vanqanın 2025-ci il üçün dəhşətli PROQNOZU
18 iyun 2025 , 19:20
Ankara-İrəvan yaxınlaşması: Azərbaycanı məyus edən addımlar...
18 iyun 2025 , 14:31
60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib, 34 nəfər isə... - RƏSMİ
17 iyun 2025 , 18:22