Prezident Beyləqan rayonuna səfər etdi-FOTO
28 oktyabr 2012 14:56 (UTC +04:00)

Prezident Beyləqan rayonuna səfər etdi-FOTO

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfər edib.

APA-nən xəbərinə görə, dövlət başçısı Beyləqan şəhərinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev prezidentə rayonda aparılan abadlıq işləri barədə məlumat verib.

Daha sonra ölkə başçısı rayondakı Mədəniyyət Sarayının açılışında iştirak edib.

Ölkə başçısına məlumat verilib ki, Mədəniyyət Sarayı əsaslı təmir edilib və yenidən qurulub.

Daha sonra ölkə başçısı Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışında iştirak edib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev məlumat verib ki, uzunluğu 35 kilometr olan yolda iki körpü, on boru su keçidi inşa edilib. Beyləqan rayonunun on kəndini və Xocavənddən olan məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqəsini birləşdirən yoldan 34 minə yaxın sakin istifadə edəcək. Bu günədək yolun 20,2 kilometrlik hissəsində əsaslı təmir işləri başa çatdırılıb.

Burda ölkə başçısı kənd sakinləri və inşaatçılarla görüşüb.

Prezident Beyləqan rayonunda Heydər Əliyev Mərkəzinin də açılışında iştirak edib. Mərkəzdə heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən materiallar, şəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Beyləqana səfərləri ilə bağlı fotolar nümayiş etdirilir.

Mərkəzdə həmçinin rəsm studiyası, fotostudiya, elektron kitabxana, internet otağı, xarici dil kursu, xalçaçılıq və virtual siniflər fəaliyyət göstərəcək. yaradılıb.

Daha sonra prezident İlham Əliyevin iştirakı ilə Mərkəzdə Aran iqtisadi zonasından olan sahibkarlarla müşavirə keçirilib. Müşavirədə dövlət başçı geniş nitq söyləyib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev, “Qarabağ Taxıl” müəssisəsinin rəhbəri Rəcəb Orucov, “Araz” damazlıq quşçuluq fabrikinin rəhbəri Əlif Heydərov və Füzuli soyuducu anbarının rəhbəri Aydın Hüseynov məruzələrlə çıxış ediblər.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Aran iqtisadi rayonunun iqtisadi potensialı, göstəriciləri, sosial və infrastruktur layihələri, istehsal və emal müəssisələri və digər görülmüş işlər, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərin dinamikası, yaradılmış yeni iş yerləri, maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr barədə məlumat verib. O bildirib ki, Fond tərəfindən indiyədək 14 min 600-dən çox sahibkara 910 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına 103 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 63 faizi aqrar sektorun, 33 faizi sənayenin, 4 faizi isə turizmin payına düşür.

Fond vasitəsilə müasir texnologiyaların tətbiqinə əsaslanan 236 layihənin maliyyələşdirilməsinə 460 milyon manat kredit verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3160

Oxşar yazılar