Prezident İlham Əliyev Saatlıya səfər edib - YENİLƏNİB
27 oktyabr 2012 23:28 (UTC +04:00)

Prezident İlham Əliyev Saatlıya səfər edib - YENİLƏNİB

Bu gün ölkə başçısı Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılışında da iştirak edib.

APA-nın xəbərinə görə, nəqliyyat naziri Ziya Məmmədov körpünün yenidən qurulmasına Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azərkörpü” ASC tərəfindən ötən ilin iyulunda başlanıldığını deyib. Körpünün uzunluğu 238,8 metr, hərəkət hissəsinin eni 11,5 metr, səki ilə birlikdə isə 14,4 metrdir. Yenidənqurma zamanı səkilər, məhəccərlər və körpünün hərəkət hissəsi möhkəmləndirilib. Bərpa işləri zamanı yaz aylarında Araz çayında suyun səviyyəsinin artması və digər təbii amillər də nəzərə alınıb.

***
19.26
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ikimərtəbəli binanın ümumi sahəsi 432 kvadratmetrdir. Binada kompyuter otağı, 50 nəfərlik konfrans zalı var.

Ölkə başçısı bu gün Saatlıda Gənclər Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının, həmçinin Şahmat Məktəbinin açılışında iştirak edib.

Rayonda aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirən dövlət başçısı tapşırıqlarını verib.

Oktyabrın 27-də Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olub.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verib ki, Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi Sərəncamla ayrılmış vəsait hesabına aparılıb. 126 çarpayılıq səhiyyə ocağında 12 min kvadratmetrə yaxın sahədə əsaslı təmir işləri aparılıb. Xəstəxana yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilib.

Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev burada xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1960

Oxşar yazılar