Ara qarışdı: millət vəkili ilə köşə yazarlarının “atışması” güclənir - QALMAQAL
0
0
Yazıda adı çəkilən köşə yazarları Şahvələd Çobanoğlu, Zamin hacı və Elnur Astanbəylinin cavabları və millət vəkilinin cavab xarakterli köşəsi vəziyyəti bir az da dramatikləşdirib.
“Rauf Arifoğluna “təşəkkürümü” bildirdim”
Bir neçə gün əvvəl “Yeni Müsavat” qəzetində köşə yazarı Zamin Hacının deputat Fazil Mustafa haqqında yazısı dərc olunub. Zamin Hacının köşəsinin sonunda qəzet redaksiyası millət vəkilinə cavab haqqı tanıdığını qeyd edib. F. Mustafa isə bu cavab haqqında istifadə edərək, “Yeni Müsavat” qəzetində hər üç yazarın ünvanına sərt ittihamlarla dolu yazı təqdim edib.
Yazının çalışdığı qəzetdə dərc olunması isə Zamin Hacının narazılığına səbəb olub. O, “Azadlıq” qəzetinə bildirib ki, o, hökumət qəzetlərində özünə qarşı ”niyə bunları öldürmür, niyə məhv etmirsiniz" tipli çağırışlara çox rast gəlib: “Çox təəssüf ki, mənim öz qəzetimdə də bu cür çağırışlı yazılar gedir. Bunu başqa cür qiymətləndirə bilmərəm. Nə yazmışamsa, Fazil Qəzənfəroğlunun fəaliyyətindən yazmışam”.
Z. Hacı Milli Məclislə bağlı iddialarını sübut etməyə hazır olduğunu da bildirib: “Fazil adlı şəxs bu yazıda konkret olaraq hökumətə çağırış edir ki, mənə qarşı niyə tədbir görmürlər, niyə məni susdurmurlar. Bu da mənim öz çalışdığım qəzetdə gedib. Mən Rauf Arifoğluna da “təşəkkürümü” bildirdim ki, artıq bu vəziyyətə gəlib çıxmışıq. Sözü var idi, mənim özümə yazsın, amma orada təhdid və hökumətə konkret çağırış var. Bu təhdid də elə-belə deyil. Deputat adını daşıyan, amma buna layiq olmayan şəxsin dairəsindəki adamlar narahat olmalıdırlar ki, gör, deputatxanada onları necə təhlükəli bir tip təmsil edir".
“Gərək Zamin Hacının yazısını dərc etməyəydim”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da qəzetinin köşə yazırının iddialarına münasibət bildirib.
Rauf Arifoğlu Z.Hacının iradlarını şəxsən özündən dinlədiyini, lakin köşə yazarının aralarında olan söhbəti mətbuata çıxartdığını deyib: “Mən bir baş redaktor olaraq gərək Zamin bəyin yazısını çap etməyəydim. Və ondan israrla xahiş edərdim ki, o yazını verməsin. Çünki orada Fazil Mustafanın şəxsinə yönəlik çox ağır sözlər, təhqirlər var idi. Zamin bəyə dedim ki, əgər mən bu yazını versəm, gərək o adama cavab haqqı tanıyam. O da mənə söz verdi ki, mən hazıram, ona cavab haqqı tanıya bilərsiz. Mən Zamin Hacıdan icazə alandan sonra onun yazısının sonuna redaksiya qeydi etdim ki, Fazil Mustafaya cavab haqqı tanıyırıq. Fazil bəy də bütün xətləri, cizgiləri keçərək Zamin Hacının onun ünvanına səsləndirdiyi ağır ifadələrdən daha ağırını, daha yolverilməzini onun ünvanına yazıb. Mən Fazil bəylə əlaqə saxlayıb xahiş etdim ki, bu yazı bizdə getməsin. Razılaşmadı. Düzəliş təklif etdim, ona da razılaşmadı. Dedi ki, mən sizin qəzetdə təhqir olunmuşam, cavab vermək haqqım var. Ondan sonra təklif etdim ki, redaksiyada görüşək və bu məsələ ətrafında diskussiya aparaq. Hesab edirəm ki, Fazil Mustafanın bu yazısından və Zamin Hacının ona adekvat cavabından sonra onları bir araya gətirmək imkansız olacaq. Amma mən yenə də təşəbbüs göstərəcəm”.
R.Arifoğlu yalnız bir məqama görə Zamin Hacının iradını qəbul etdiyini deyir: “Mən gərək Zamin Hacının yazısını verməyəydim, bu halda ona cavab da olmayacaqdı. Lakin o yazı çap olunandan və redaksiya adından cavab haqqının tanınacağı barədə qeyd verəndən sonra Fazil Mustafanın yazısını verməmək qeyri-mümkün idi. Oyun qaydaları deyilən şey var, bunu qəbul edib, əvvəlcədən söz veririksə, buna qatlaşmalıyıq”.
Qeyd edək ki, bu gün Şahvələd Çobanoğlu da Fazil Mustafanın yazısına cavab yazısı dərc edib.
“...ləyaqətsiz insanların təhqirlərinə qarşı addımlarım davam edəcək”
Fazil Mustafa isə öz “facebook” səhifəsində bu gün "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində hər üç köşə yazarının onun əleyhinə apardığı kampaniyanı davam etdirdiklərini yazıb: ““Yeni Müsavat” qəzeti əvvəlcə mətbuat etikasına uyğun olaraq davranacağını yazsa da, sonradan bizə qarşı tərəli mövqeyini ortaya qoydu. Hətta çox sayda insanlar mənə müraciət edirlər ki, onların verdiyi obyektiv şərhlərə yer verilmədiyi halda, ancaq mənim əleyhimə yazılan şərhlər yerləşdirilir. Antidemokratik bir mətbuat həmrəyliyi ilə üzləşdiyimdən, ləyaqətsiz insanların təhqirlərinə qarşı addımlarım davam edəcəkdir. Hər halda 2 noyabr 2012-ci il tarixdə Milli Məclisdə məsələlərə maraqlı münasibət ortaya qoyacağam. Bu addımlar mənə əsas verdi ki, mən də əlimdə olan tribunadan daha səmərəli istifadə edim. Əvvəl-axır bu tərbiyəsiz insanların qarşısına kimsə çıxmalıdır və onları yerində oturtmalıdır. Adamlar bilməlidirlər ki, əlində olan köşələri insanlara qarşı təhqir vasitəsinə çevirə bilməzlər”.