“Nalbandyan göstərmək istəyir ki...”
26 oktyabr 2012 21:53 (UTC +04:00)

“Nalbandyan göstərmək istəyir ki...”

“Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”. Bunu APA- ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

“Ermənistan XİN başçısı qeyd edirsə ki, onun ölkəsi ilə beynəlxalq ictimaiyyətin mövqeyi eynidir, mən ona xatırlatmaq istərdim ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Kosta – Rikada çıxış edən zaman Dağlıq Qarabağ məsələsində rəsmi Yerevanın mövqeyinin beynəlxalq ictimaiyyətin mövqeyi ilə eyni olduğunu deyib.

E.Abdullayev vurğulayıb ki, beynəlxalq təşkilatlar Ermənistanın separatçı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd – şərtsiz çıxarılmasını tələb edən bir sıra sənəd və qətnamələr qəbul ediblər. “Serj Sarkisyan beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirmək barədə Moskva Deklarasiyasını imzalayıb. Moskva Deklarasiyasına görə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr əsasında həll edilməlidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən, Edvard Nalbandyan münaqişənin həllində maraqlı olduğunu nümayiş etdirməyə çalışır”.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin mərhələli həlli əsasında sülh sazişinin bağlanılmasını hər zaman təklif edib və indi də bu təklif quvvədədir:“Bu təklif ilk növbədə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılmasını nəzərdə tutur. Yeri gəlmişkən, münaqişənin bu variantda həlli layihəsi hələ Mario Ferreri Minsk konfransına başçılıq etdiyi zamandan danışıqlar masası üzərindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1135

Oxşar yazılar