Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının üzvləri Qubadakı soyqırımı məzarlığında
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ziyarət zamanı nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, 1918-ci ildə ermənilərin Qubada yerli əhaliyə qarşı törətdiyi soyqırımı zamanı minlərlə günahsız insan qətlə yetirilib. Ərazidə aparılan qazıntı işləri nəticəsində 514 kvadratmetr sahədə Qubada kütləvi qətlləri təsdiq edən 600-ə yaxın insanın sümükləri tapılıb. Məzarlıqda 20 kvadratmetr ərazi beynəlxalq arxeoloqların tədqiqatları üçün nəzərdə tutulub. Kəllə sümüklərində aşkar olunmuş küt alət izləri insanların zorakılıqla qətlə yetirildiyini təsdiq edir. Tədqiqatlar zamanı bu sümüklərin 1918-ci ildə ermənilərin Qubaya basqını zamanı öldürülmüş yerli sakinlərə məxsus olduğu aşkarlanıb. Məzarlıqda tapılan insan sümüklərinin 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə yaşlı kişilərə aiddir. Məzarlıqda aparılan tədqiqatlar, azərbaycanlılarla bərabər, Qubada sıx yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələrinin də amansızcasına qətlə yetirildiyini təsdiqləyir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə kütləvi soyqırımı məzarlığında abidə kompleksi inşa olunur. Azərbaycan Prezidentinin “Soyqırımı memorial kompleksi”nin yaradılması barədə sərəncamına uyğun olaraq 2010-cu ildə kompleksin inşasına başlanıb.
Fransa nümayəndə heyətinin üzvləri, məzarlığı ziyarət edərkən bu mənzərədən təsirləndiklərini vurğulayıblar. Qeyd ediblər ki, kütləvi məzarlıqda gördükləri onlarda Hokokost muzeylərini xatırladır. Onlar gördüklərindən çox sarsıldıqlarını və dəhşətə gəldiklərini bildiriblər.
Xatırladaq ki, Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyəti oktyabrın 23-dən Bakıda səfərdədir. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan səfər oktyabrın 26-da yekunlaşacaq.

1053