Nazirlər Kabinetində “sturuktur yenilik”
25 oktyabr 2012 11:07 (UTC +04:00)

Nazirlər Kabinetində “sturuktur yenilik”

Nazirlər Kabinetinin strukturunda “yenilik” olub. Lent.az-ın verdiyi məlumata görə, iki gün öncə Nazirlər Kabinetinin rəsmi saytında Nazirlər Kabinetinin strukturuna daxil olan qurumların siyahısına 5 qurum - Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Dəniz Administrasiyası, Dövlət Mülki Aviasiya Administrasiyası və Milli Arxiv İdarəsi əlavə edilib.

Məsələyə münasibət bildirən NK-nin sektor müdiri Vaqif Axundov deyib ki, adıçəkilən qurumların adlarının indiyə qədər saytda yerləşdirilməməsi texniki problemlə bağlıdır: “Bu bir texniki məsələdir. Onu da qeyd etməliyəm ki, Nazirlər Kabinetinin saytı yenilənəcək. Ora sual-cavab, ictimaiyyətlə əlaqələr bölmələri də əlavə olunacaq”.

V. Axundov onu da bildirib ki, dövlət strukturlarının (hökumət qurumlarının) adlarının Nazirlər Kabinetinin saytına yerləşdirilməsi üçün qurumun protokol şöbəsi informasiya təminatı şöbəsinə siyahı təqdim edir.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1976

Oxşar yazılar