Əli Əhmədov: “Xankəndi hava limanı texniki parametrlərə uyğun deyil”
Lent.az-ın məlumatına görə, bunu yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. Ə. Əhmədov vurğulayıb ki, Xankəndi hava limanının fəaliyyət göstərməsi imkanları lazım olan texniki parametrlərə uyğun deyil: “Digər tərəfdən, başqa ölkələrin Xankəndi ilə hər hansı əlaqəsi yoxdur ki, buradan uçuşlar həyata keçirilsin. Yerevandan savayı həmin əraziyə haradansa uçuşların olması mümkün deyil”.
Ermənistanın və separatçı, qondarma Dağlıq Qarabağ rejiminin Xankəndi hava limanı ilə bağlı avantürist açıqlamalarına münasibət bildirən YAP rəsmisi ermənilərin belə hərəkətlərinin münaqişənin nizamlanması istiqamətində gedən danışıqlara zərbə vurduğunu söyləyib: “Digər tərəfdən beynəlxalq öhdəliklərin və müvafiq qanunların ciddi şəkildə pozulması ilə müşayiət olunan belə hərəkətlər həm Ermənistanın provokasiya xarakterli hərəkətlərini nümayiş etdirir, həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesinə zərbə vurur. Azərbaycanın istər bu məsələdə, istərsə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ədalətə və beynəlxalq hüquqa söykənir”.

Oxşar yazılar

Ermənistanın baş qərargah rəisinin işğalda iştirakını sübut edən yeni material tədqiq edildi
23 may 2025 , 21:14
"Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil" - DEPUTAT
23 may 2025 , 11:23
“Daşnaksütyun” bizim üçün qalxan rolunu oynayırdı" - Arayikin məhkəməsində ŞOK ETİRAFLAR
22 may 2025 , 21:24
Bu ölkədə rus casuslarının hazırlanması üçün “fabrik” açılıb – İDDİA
22 may 2025 , 19:08
İki düşmən deputat duelə çıxır
22 may 2025 , 18:06
Ermənilərin məhkəməsində ifşaedici material nümayiş olundu
22 may 2025 , 16:40
David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb - VİDEOFAKT
22 may 2025 , 15:50