Xələf Xələfov Fransanın Yəhudi Təşkilatlarının Təmsilçilik Şurasının sədrini qəbul edib
0
0
Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov Fransanın Yəhudi Təşkilatlarının Təmsilçilik Şurasının sədri Rişar Praskyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xələf Xələfov Azərbaycan və Fransa arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluğunu bildirib.
Xələf Xələfov ölkəmizin dinlər və mədəniyyətlərarası dialoq və dözümlülüyün təşviqi sahəsində fəaliyyətindən söz açıb, Azərbaycanda müxtəlif dini icmaların yüksək qarşılıqlı anlaşma və sülh şəraitində yaşadığını vurğulayıb. Azərbaycanda yəhudi icmasının rolundan bəhs edən xarici işlər nazirinin müavini digər icmalar kimi yəhudi icmasının da ölkəmizdə normal fəaliyyətinin təmin olunması üçün bütün şəraitin yaradıldığını və onların ölkənin ictimai həyatında fəal rol oynadığını diqqətə çatdırıb. O, ölkəmizdə bütün istiqamətlərdə islahatların həyata keçirildiyini və Azərbaycanın universal dəyərləri qəbul edən dünyəvi və mütərəqqi ölkə olduğunu nəzərə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Xələf Xələfov bildirib ki, münaqişənin həll olunmaması Azərbaycanın və bütövlükdə regionun gələcək inkişafına maneədir. Bu baxımdan o, beynəlxalq ictimaiyyətin işğalçı Ermənistana təsirinin artırılmasının və münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayıb.
Rişar Praskye Azərbaycanın dini dözümlülük və dialoq sahəsindəki fəaliyyətinin və töhfəsinin dünya ölkələri üçün müsbət nümunə olduğunu söyləyib. Ölkəmizdə müşahidə etdikləri yüksək inkişaf tempinin onlarda xoş təəssürat yaratdığını bildirən Rişar Praskye Azərbaycanın Fransa ilə əlaqələrinin daha da genişləndirilməsi üçün imkanların olduğunu qeyd edib. O, Azərbaycanda yəhudi icması üçün yaradılmış şəraitə görə təşəkkür edib və ölkəmizin beynəlxalq səviyyədə sivilizasiyaların və dinlərin yaxınlaşması istiqamətində atdığı addımları və təşəbbüsləri yüksək qiymətləndirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.