ATƏT-in baş katibi : “Dağlıq Qarabağ məsələsində vəziyyətin pisləşməsindən narahatam”
0
0
Lent.az-ın verdiyi məlumata görə, Lamberto Zaner “İnterfaks” agentliyinə müsahibəsində deyib ki, təkcə bu il təmas xəttində 28 nəfər öldürülüb. Bu vəziyyətdən şəxsən narahat olduğunu vurğulayan Lamberto Zaner qeyd edib ki, ATƏT-in Minsk Qrupunu və qrupun həmsədrləri ABŞ, Rusiya və Fransanın səylərini dəstəkləyirlər: “Lakin hər hansı beynəlxalq cəhd tərəflərin danışıqlar yolu ilə razılaşmaya nail olması yönündə siyasi iradələri olmadığı halda nəticə verə bilməz. Danışıqlar yoluna qayıtmaq gərginliyi aradan qaldırmaq və regionda uzun müddətli təhlükəsizliyi təmin etmək üçün yeganə yoldur”.
0
0