Abbas Abbasov danışdı: “Görüşdə düşünərək iştirak etmədim”
0
0
Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, baş nazirin keçmiş birinci müavini Abbas Abbasov Rusiyada erməni təşkilatlarının nümayəndələri ilə görüşdə iştirak etməmək üçün özü qərar verib. Bunu ANS-ə açıqlamasında A. Abbasov özü deyib.
O bildirib ki, Rusiyada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin vitse-prezidenti Vidadi Abbasovun onun Bakıda olduğu üçün görüşdə iştirak etməməsi barədə dedikləri yanlışdır: “Mən bu dəqiqə də Moskvadayam, Bakıya getməmişəm, ermənilərlə görüşdə isə düşünərək iştirak etməmişəm. Uzun müddət Azərbaycanda yüksək vəzifə tutmuş bir şəxs kimi, ölkəmiz üçün taleyüklü olan məsələlərin müzakirəsində prezident İlham Əliyevin tapşırığı və əmri olamadan iştirak etmərəm. Bu mənim vətəndaş prinsiplərimə və siyasi əqidəmə ziddir. Bu gün dövlət vəzifəsində olmasam da, vətəndaş olaraq Azərbaycan dövlətinin sərəncamındayam və hər dəqiqə prezidentin əmrini gözləyirəm. Mənim haqqımda yalan və həqiqətə uyğun olamayan məlumatları yayan şəxslərin ucuz provakasiyası baş tutmayacq. Onların məni Azərbaycan dövləti qarşısında ləkələmək cəhdləri əvvəlcədən uğursuzluğa məhkumdur”.
Abbas Abbasov qeyd edib ki, o, Azərbaycana və prezidentə sadiqdir.