Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının sədri Azərbaycana gəlir
23 oktyabr 2012 16:15 (UTC +04:00)

Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının sədri Azərbaycana gəlir

Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının (CRİF) sədri Rişar Praskyenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 23-də Bakıya səfər edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfiriliyinin təşəbbüsü ilə təşkil olunan səfər oktyabrın 26-da yekunlaşacaq.

Nümayəndə heyətinə Fransa Yəhudi İnstitutlarının Təmsilçilər Şurası (CRİF) İdarə heyətinin üzvü, QHT-lər və assosiasiyalar ilə iş üzrə komissiyanın sədri Jan-Pyer Allali, müsəlmanlarla iş üzrə komissiyanın üzvü Veronik Harari, beynəlxalq münasibətlər komissiyasının üzvü Patrik Bloş, beynəlxalq inkişaf üzrə menecer Iv Qani daxildir.

Qeyd edək ki, Fransa Yəhudilər İnstitutlarının Təmsilçilər Şurası 60-dan çox yəhudi təşkilatını əhatə edir. Şuranın əsas prinsipləri Fransada fəaliyyət göstərən yəhudi diasporunun hüquq və maraqlarının yerli və beynəlxalq səviyyədə müdafiə və təmsil etmək, İsrail dövləti ilə həmrəylik, Yəhudi və digər millətlərin rasizmə, anti-semitizmə qarşı müdafiədən ibarətdir. Səfər çərçivəsində oktyabrın 24-də nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Nümayəndə heyətinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirovla və Fransanın Azərbaycandakı səfirliyində görüşləri nəzərdə tutulur. Səfərin sonunda Quba rayonunda Qırmızı Qəsəbədə yaşayan dağ yəhudiləri icmasının nümayəndələri ilə görüş planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1406

Oxşar yazılar