Müsavat gürcü və erməni liberalları ilə görüşəcək
0
0
Lent.az-ın məlumatına görə, görüşdə Ermənistanı Ermənistan Ümummilli Hərəkatı, Gürcüstanı Respublikaçılar Partiyası, Azərbaycanı isə Müsavat Partiyası təmsil edəcək.
Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılının Lent.az-a bildirdiyinə görə, adıgedən üç partiyanın rəhbərləri bu çərçivədə əvvəllər də görüşüblər.
“Bu görüşlər Avropa Liberal İttifaqına daxil olan partiyaların əməkdaşlığı çərçivəsində keçirilir. Bu görüş də ənənəvi görüşdür”.
Arif bəyin dediyinə görə, görüşdə Müsavatı, böyük ehtimalla, partiya başqanı İsa Qəmbər təmsil edəcək. “Amma görüşdə hansı məsələlərin müzakirə olunacağı bəlli deyil. Çünki gündəlik hələ müəyyənləşməyib” - deyə, Hacılı bildirib.