Azərbaycanın ərazi sularında üzmə qaydaları dəyişdi
23 oktyabr 2012 10:07 (UTC +04:00)

Azərbaycanın ərazi sularında üzmə qaydaları dəyişdi

0
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən, Azərbaycanın ərazi sularında üzən gəminin Gəmi və Liman vasitələrinin Mühafizəsi haqqında beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında Şəhadətnaməsi, gəminin Əmniyyətli İdarəetmə haqqında beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında Şəhadətnaməsi, gəmi tarixinin fasiləsiz qeydlər sənədi və bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikatı olmalıdır.

Nazirlər Kabineti 2000-ci il 24 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nda da dəyişiklik edib. Dəyişiklik “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə”nin nəzərdə tutduğu bütün tiplərdən və təyinatdan olan xarici ölkələrin və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən bütün gəmilərdə (tankerlərdə, qaz və kimyəvi yükdaşıyıcılarda, qazdaşıyıcılarda, quru yüklər daşıyan gəmilərdə, paketbotlarda, konteyner daşıyanlarda, “Ro-Ro” tipli gəmilərdə, avtomobil və dəmiryolu-bərələrində və s.) o cümlədən konteyner-avtomobil-vaqon sisternlərində daşınan bütün növ təhlükəli yüklərin limanlarda saxlanmasını, yüklənməsini, boşaldılmasını və işlərin təhlükəsiz həyata keçirilməsini tənzimləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1756

Oxşar yazılar