“Sən məni satdın” - İTTİHAM
0
0
Millət vəkili Fazil Mustafanın lent.az-da yazdığı “Şahvələd yan olacaqmı?” yazısı qalmaqala səbəb olub.
Yazını “facebook” statusunda və üzv olduğu qruplarda paylaşan Eynulla Fətullayevə yazar Ş. Çobanoğlunun “Sevinirsən, Eynulla?” sual eləməsi ilə qarşılıqlı ittihamlar başlayıb.
E. Fətullayev “Yox, niyə sevinməliyəm ki? Şahvələd Çobanoğlu, amma məni Balıq Hafizlə müqayisə etməyin ədalətsizlik deyildimi? Həbsdən çıxandan bu günə qədər iradlarını, təhqirlərini ancaq mətbuat səhifələrindən oxudum, yoldaşlıq, həmkarlıq, dostluq onu tələb etmirdimi ki, ən azı əyləşib üz-üzə söhbət edək. Ancaq bunu etmədin... İndiyə qədər anlamıram - niyə?” deyə soruşub.
Şahvələd Çobanoğlu isə cavabında iradlarının aydın olduğunu, şəxsi xarakter daşımadığını, şəxsi olaraq E. Fətullayevdən heç bir narazılığı olmadığını yazıb və Eynulla Fətullayevin bir müddət əvvəl mətbuatda səsləndirdiyi ittihamlara ironiya ilə yanaşıb: “Paxıllıq etdim ki, Zəfər müəllimin yerinə niyə mən olmamışam)))”
E. Fətullayev isə ittihamlarının sərt dildə davam etdirib: “Şahvələd Çobanoğlu, yazırsan ki, mən hökumətə atdığıma görə həbsə düşdüm. Heç utanmadınmı bunları yazanda? Kimdə bilməsə axı sən həbs olunmağımın əsl səbəbini bilirdin! Bilirdin ki, mən ictimai mənafe, Elmara görə həbsə girdim.... Bilirdin ki, istəsəydim, sövdələşməyə girib, həbsdən qurtulardım... Parisdə də gedib demisən ki, Eynulla razılaşıb çıxıb. Nə ilə razılaşmışam? Kimlə razılaşmışam? Sən yazmadığından mən nə yazmıram?”
Şahvələd Çobanoğlu onun haqqında “hökumətə atdığına görə həbs edildiyi” ifadəsini yazmadığını, amma həbsdən sonra hökumətə işlədiyini yazdığını və bu barədə Parisdə də danışdığını etiraf edib.
Daha sonra E. Fətullayev Ş. Çobanoğlunu prinsipsizlikdə ittiham edib: “Sənin yalanlarını ifşa edirəm və edəcəm. Sən özünə demokrat demə, demokratik təfəkkürün nə olduğunu bilmirsən. Mən öz yolumla gedirəm, sənin isə yolun yoxdur. Bu barədə düşün. Onsuz da sən bütün körpüləri yandırdın... Ən böyük qəbahətin isə məni Balıq Xafiz kimi insanlarla bir sıraya aid etməyin oldu. Çünki bu ölkənin ən vicdansız insanları belə bunu etməzdi”.
- E. Fətullayev siyasətçi olmadığını bildirib: “Şahvələd, bəlkə mən nə zamansa Müsavatın və ya AXC-nin üzvü olmuşam, siyasi müxalifətin fəalı olmuşam? Bəlkə imitasiya ilə məşğul olmuşam və ya müxalifətdə ştreyxbreykelik etmişəm? Mən jurnalist idim, fikirlərimi yazırdım, bu gün də yazıram, ictimai fəaliyyətlə məşğul oluram, çalışıram Azərbaycanda Avropa dəyərlərini təbliğ edim. Sən nə istəyirsən? Sən hardasan? Sən kiminləsən? Məram? Məqsəd? İstədiyin nədir? Mənə elə gəlir ki, bunu özün də bilmirsən...”
Ş. Çobanoğlu isə cavabında müxalifətçi olmağını gizlətmədiyini deyib: “AXC və ya Müsavat üzvü olmağımla fəxr edirəm. Məgər bu ayıbdır? Sən də YAP və ASDP üzvü olmusan... Həm də sənin yaxşı yolda olduğunu bu ölkədə bəlkə hamıdan çox mən istəmişəm, buna şübhən varmı?”
Eynulla Fətullayev isə müzakirənin ictimai aparılmasının əleyhinə olduğunu, Ş. Çobanoğlunun onu ictimai müzakirə etməkdə başqa məqsəd güddüyünü bildirib: “Niyə zəng edib demədin ki, Eynulla gəl görüşək, bir çay içək, sənə suallarım var, bəzi şübhələrim var.... Sanki cəmiyyətə nümayiş etdirmək istədin ki, baxın görün bu Eynulla satılıb, amma mən yaxşıyam, qorxmazam... Qılıncım da əlimdədir. Sənə həqiqət lazım idisə niyə heç bir dəfə görüşməyə cəhd etmədin? Əgər məqsəd saf idisə, niyə münasibətlərimizi ictimailəşdirdin? Düz deyirsən, mənimlə müqayisə etdiyin Balıq Əli Kərimlinin üstünə hücum çəkəndə də Əli Kərimlinin müdafiəsinə iqtidarın sifarişi ilə qalxdım”.
Ş. Çobanoğlu şəxsi söhbətdə söylədiklərini açmaq istəmədiklərini deyib: “Çalış düz yolda ol, həmişə. Onsuz da səni mənə irad tuturlar)))) Düz yolda olsan məndən sənə adi irad da gəlməz. Əli Kərimlini müdafiə etdinsə - bu yaxşı haldır...”
Bu məsləhət isə E. Fətullayevi əsəbiləşdirib: ”Sən mənə yol göstərmə dedim, öz yolum var, nəyin düz, nəyin yanlış olduğunu yaxşı bilirəm. İradlarına gələndə isə nə qədər bacarırsan yaz, qolun var olsun, heç vecimə də deyil, çünki haqlı olduğumu bilirəm. Mənə görə niyə sənə irad tuturlar ki?))) Bunu heç anlamadım, düz deyirsən, 2007-ci ildə gərək başqa cür edərdim, onda bu cür danışmazdın... Amma sən məni satdın, Fazil düz deyir, çünki sənin kimi insanlar üçün duz-çörək anlayışı yoxdur. Bax, belələrindən həmişə qorxmuşam. Müqəddəs heç nə yoxdur sizin üçün. Deyirsən məni həbs edənləri müdafiə edirəm, bunda da haqlısan. Bilirsən, hökumətdə olan insanların heç olmasa bir kodeksi var - pis, yaxşı, oğru, cani, amma bir kodeksi... Yasaqlar var, mənəvi yasaqlar. Sizin heç bir kodeksiniz yoxdur, Şahvələd, ən təhlükəlisi budur”.
O, Ş. Çobanoğlunu və müdafiə etdiyi insanları ikili oyun oynamaqda ittiham edib.
Ş. Çobanoğlu isə Eynulla Fətullayevin ittihamı ilə razılaşmayıb: “Əksinə, sən bizi satdın - bu hakimiyyətə. Fazil də satılıb... Satan idik, niyə türmədə olanda satmırıq? Müqəddəslik o idi ki, haqsız tutulmuşdun, müdafiə etdik”.
Eynulla Fətullayev də ittihamlarını davam etdirib: “Sizi deyəndə kimi, əzizim? Kimi??? Bəlkə səninlə əhd-peyman bağlamışdıq, bəlkə sazişimiz var idi? Bəlkə sənə nəsə söz vermişdim? Sən 2005-ci ildə mətbuatda yox idin, “Gündəlik” (“Gündəlik Azərbaycan” qəzetini nəzərdə tutur – red.) səni mətbuata qaytardı, tribuna verdim sənə, imkanlar yarandı, qəzet buraxdın, pismi etdim? Nə qədər qohumların redaksiyada çalışdı?! Maşın aldılar, evlərini təmir etdilər, maaş aldılar, bəs bütün bunlar haradan idi? Həbsdə olanda məni necə satacaqdın? Mən tək döyüşürdüm, ala biləcəkləri bir şey var idi - canım, onu da vermədim, anladın? Müdafiəm üçün məqalələr yazıb çıxışlar etmisən – sağ ol, amma mən vicdanım uğrunda həbsə girdim və sən özü rolunda səmimisənsə, məni müdafiə etməkdə borclu idin, necə ki başqa siyasi məhbusları öz köşəndə müdafiə etməyə borclusan. Sağ ol. 2005-2006 sənin üçün ictimai dəyər anlayışı olmayıb, riyakarlıq da etmə... Mən səndən fərqli olaraq, heç vaxt iki nəfərin arasında olan söhbətləri açmaram. İşində ol”.
Ş. Çobanoğlu da ittihamlara eyni qaydada cavab verib: “Riyakarlığı sən etmə. Eynulla, şəxsi təhqirə də keçmə. Mənim sənin qarşında qəbahətim yoxdur. Sənin haqqında da şəxsi heç nə deməmişəm. Qohumum məndən öncə səninlə işləyib, ona da münasibətim sənə olduğu kimidir. Elə ictimai səbəblərlə. İşləmişəm maaş almışam. Mənim hər zaman ictimai dəyərim olub.... “Gündəlik”də yazdığım yazılar da da. Sən də işində ol”.
E. Fətullayevin cavabı isə belə olub: “Fazildən, məndən sonra səninlə heç kim daha dostluq etməz, çünki sən dost kimi etibarsız çıxdın, hamı ilə... İnsanların yolları birləşər də, ayrılar da, amma çörəyi tapdalamaq kişilikdən deyil. Mən sizin evdə, sən də bizim evdə çörək kəsmişik. Bunu tapdalamaq olmaz, heç olmasa bir az tariximizi oxu, dəyərlərimizi də öyrən. Biz Parisdə yaşamırıq... Bizim torpaqda heç vaxt belə ənənə olmayıb”.
Ş. Çobanoğlu cavabında belə deyib: “Mənə məhz o cəhətimə görə çox etibarlı adam kimi baxırlar... Çünki çörəyə hörmət edirəm, amma hamımıza çörək verən ölkənin ziyanına nəsə olanda susmuram... Əsl dəyər budur... mənim də kodeksim budur. Mənim dostluq edən bunu bilməlidir...”
E. Fətullayev isə ölkənin mənafeyinə zərbə olacaq addım atmadığını vurğulayıb.
Qeyd edək ki, lent.az dialoqu Eynulla Fətullayev və Şahvələd Çobanoğlunun razılığı ilə yayınlayır.