Qənirə Paşayeva Türkiyənin bir sıra bölgələrində olub -
Millət vəkili Qənirə Paşayeva Türkiyənin Karabük vilayətində Karabük dərnəkləri tərəfindən Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı çalışmalarına görə ödülə layiq görülüb. Lent.az-ın məlumatına görə, mükafat millət vəkilinə Karabükdə keçirilən tədbir zamanı təqdim olunub. Görüşdə Karabükə səfər etməsindən məmnunluğunu ifadə edən millət vəkili Q. Paşayeva burada özünü Azərbaycandakı kimi hiss etdiyini və Türkiyəni də özünə vətən bildiyini deyib. Karabükdən millət vəkili seçilmiş Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, AKP-nin sədr müavini Mehmet Ali Şahin Türkiyənin daima qardaş Azərbaycanın yanında olduğunu söyləyib. “Qənirə xanımı biz yalnız Azərbaycan Parlamentinin millət vəkili olaraq görmürük, Türkiyə Parlamentinin fəxri bir millət vəkili olaraq da görürük. Karabükün iki millət vəkili var, biri mən, digəri isə Osman Kahveci, biz bundan sonra Qənirə xanımı üçüncü millət vəkilimiz elan etmişik” - deyə, AKP-nin sədr müavini əlavə edib.
Karabükə səfəri çərçivəsində millət vəkili Qənirə Paşayeva Mehmet Ali Şahin ilə birlikdə Ovacık, Soğanlı bölgələrində yol açılışlarında iştirak ediblər və Ovacık, Soğanlı, Ekinçik kəndlərinin sakinləri ilə görüşüblər. Kənd sakinlərinin qarşısında etdiyi çıxışı zamanı Q. Paşayeva Karabükdə olmaqdan məmnunluğunu ifadə edib və burada özünü doğma evində hiss etdiyini bildirib. Azərbaycandakı qardaş-bacılarınızın salam və sevgilərini sizə gətirmişik deyən millət vəkili Qənirə Paşayeva çıxışında Daglıq Qarabağ probleminə geniş yer verib: “Bu gün Karabükdə yol açılışlarında iştirak etdik. İnşallah yaxın zamanlarda birlik və bərabərlik içində Ermənistanın işğalı altında olan o gözəl torpaqlarımızı işğaldan azad edib orada tikəcəyimiz yeni yolların, məktəblərin, binaların açılışlarında bərabərcə iştirak edək. İnşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Daglıq Qarabağımızda keçirərik”.

Oxşar yazılar

Heydər Əliyev Füzuli və Nəsiminin məzarlarını Azərbaycana gətirmək istəyib – ÖZ DİLİNDƏN ŞOK DETALLAR
27 avqust 2025 , 16:16
ABŞ Zelenskini prezidentlikdən uzaqlaşdırmaq istəyib – Plan niyə pozulub?
27 avqust 2025 , 14:58
İlham Əliyev Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlardan danışdı
27 avqust 2025 , 12:12
İLHAM ƏLİYEV: Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar
27 avqust 2025 , 10:55
İranda dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq - İLHAM ƏLİYEV
27 avqust 2025 , 10:23
"İran layiqli dərsini aldı" - İsrail səfiri ilə MÜSAHİBƏ
26 avqust 2025 , 19:27
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
26 avqust 2025 , 00:10