Ermənilər Xocalı aeroportunu istifadəyə verirlər
20 oktyabr 2012 13:51 (UTC +04:00)

Ermənilər Xocalı aeroportunu istifadəyə verirlər

0
Xocalı aeroportundan ilk reys yaxın günlərdə həyata keçiriləcək. APA-nın məlumatına görə, bu barədə “Joxovurd” qəzetinə Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejimin “baş naziri” Ara Arutyunyan bildirib. O qeyd edib ki, ilk uçuş texniki xarakterli olacaq, buna görə də hələlik sərnişin daşımaları barədə danışmaq tezdir.

Qəzet Ermənistan prezidenti Serj Sərkisyanın İrəvan-Xocalı-İrəvan reysinin ilk sərnişini olacağı barədə vədini xatırladaraq, onun öz vədinə əməl edib-etməyəcəyi ilə maraqlanıb. Prezidentin mətbuat xidmətinin rəhbəri Armen Arzumanyan bildirib ki, belə bir addım planlaşdırılsa, kütləvi informasiya vasitələri həmin ərəfədə məlumatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4535

Oxşar yazılar