
Prezident İlham Əliyev “Conoco Philips” şirkətinin prezidentini qəbul edib
Prezident İlham Əliyev oktyabrın 19-da “Conoco Philips” şirkətinin prezidenti Ryan Lansın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, “Conoco Philips” şirkətinin prezidenti Ryan Lans Azərbaycanda xarici investorlar üçün əlverişli mühitin yaradıldığını, enerji ilə bağlı əməkdaşlıq sahəsində ölkəmizdə şəffaflığın olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycanın uzun illər dünyanın bir çox nüfuzlu enerji şirkətləri ilə uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Görüşdə Azərbaycan ilə “Conoco Philips” şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29