Azərbaycan və Almaniya xarici işlər nazirləri görüşüb - FOTO
19 oktyabr 2012 12:57 (UTC +04:00)

Azərbaycan və Almaniya xarici işlər nazirləri görüşüb - FOTO

0
Oktyabrın 18-də xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Qido Vestervelle ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı sülh prosesinin cari vəziyyəti və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ətrafında müzakirələr aparılıb.

Bu il iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinin qeyd edildiyi və ötən illərdə yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin iki ölkə arasında gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm özül yaratdığı vurğulanıb. Azərbaycan və Almaniyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının gündəliyində duran məsələlər və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 866

Oxşar yazılar