Elmar Məmmədyarov Alman-Azərbaycan Forumunun tədbirində çıxış edib - FOTO
0
0
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov bu il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinin qeyd olunduğunu və iki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğunu bildirib.
O, Almaniyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi və Ermənistan-Azərbaycan münaqişəsinin həllində tutduğu mövqeyi yüksək qiymətləndirib. Xarici işlər naziri Azərbaycanın Almaniya ilə mədəniyyət və humanitar sahələr də daxil olmaqla, ikitərəfli münasibətləri bundan sonra daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.