Bosniyalı qonaqlar Heydər Əliyev Fondunda olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç və xanımı Sebiya İzetbeqoviç oktyabrın 18-də Heydər Əliyev Fondunda olublar.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Bakir İzetbeqoviç və xanımı ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular.
Fondla tanışlıq zamanı qonaqlara məlumat verilib ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Qonaqlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar. Ulu öndər Heydər Əliyevin Bakir İzetbeqoviçin atası, Bosniya və Herseqovinanın ilk Prezidenti Aliya İzetbeqoviçlə 1995-ci il oktyabrın 25-də Nyu-York şəhərində çəkdirdiyi şəkil qonaqlara xoş təsir bağışlayıb.
Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.
Ali qonağa Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olunub.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıblar.

Oxşar yazılar

"İran layiqli dərsini aldı" - İsrail səfiri ilə MÜSAHİBƏ
26 avqust 2025 , 19:27
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
26 avqust 2025 , 00:10
Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür
26 avqust 2025 , 00:03
Mehriban Əliyevanın doğum günüdür
26 avqust 2025 , 00:00
Ermənistanın hücumları nəticəsində zərər çəkmiş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
25 avqust 2025 , 20:27
Bəxtiyar Paşa Azərbaycandakı vəzifəsindən azad olundu
25 avqust 2025 , 18:26
Donald Tramp: "İlham, Siz böyük lidersiniz"
25 avqust 2025 , 18:22