Ərdoğan Allahşükür Paşazadə ilə görüşüb
17 oktyabr 2012 15:54 (UTC +04:00)

Ərdoğan Allahşükür Paşazadə ilə görüşüb

0
İdarənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə mənəvi əlaqələrinin səviyyəsindən razılıq bildirilib, bu əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsi niyyəti ifadə olunub.


Bütün Qafqazın şeyxi iki ölkə arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də əlaqələrin yüksək səviyyəsinin mövcudluğunun ümumi rifah və səadətimizə xidmət etdiyini vurğulayıb.


Ərdoğan şeyxülislamın xalqlarımız arasında dini-mənəvi əlaqələrin inkişafında xidmətlərindən məmnunluğunu ifadə edib, Qafqazın dini liderinin bölgədə sülh və əmniyyətin bərqərar işinə verdiyi şəxsi töhfəni yüksək dəyərləndirib.

Ərdoğan Şeyxülislam A.Paşazadənin Avrasiya İslam Şurasının növbəti toplantısına dəvətli olmasının önəmli olduğunu, QMİ sədrinin bu və digər tədbirlər çərçivəsində qardaş dövlətə səfərlərinin dini-mənəvi münasibətlərimizin daha da dərinləşməsi baxımından qarşılıqlı fayda kəsb etdiyini vurğulayıb.

Görüşdə Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu, habelə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İsmayıl Alper Coşqun və Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Faiq Bağırov iştirak edib.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1042

Oxşar yazılar