Mübariz Qurbanlı Gülər Əhmədova barədə dediklərinə aydınlıq gətirdi
12 oktyabr 2012 18:18 (UTC +04:00)

Mübariz Qurbanlı Gülər Əhmədova barədə dediklərinə aydınlıq gətirdi

0
“Yeni Azərbaycan Partiyasının rəhbərliyində olan şəxslərin, o cümlədən hakim partiyadan olan millət vəkillərinin Gülər Əhmədova barəsində dediyi sözlər təhqir yox, tənqiddir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı ötən gün Gülər Əhmədovanın sosial şəbəkədə yaydığı müraciətə münasibət bildirərkən deyib. M.Qurbanlı bildirib ki, Gülər Əhmədova həmin video hadisəsindən sonra özü istefa verib.

“Biz bununla bağlı fikirlərimizi dedik, dəfələrlə yenidən bu fikirlərə, söhbətlərə qayıtmağa ehtiyac yoxdur. Gülər Əhmədova da özü artıq sosial şəbəkələrdə hansısa məsələlərə reaksiya vermədiyini bildirir. Axırıncı reaksiyasına da cavab olaraq deyirəm ki, bütün çıxışlar götürüb baxıla bilər və onların heç birində təhqir yoxdur”, - deyə M.Qurbanlı əlavə edib.

YAP-ın icra katibinin müavini “Azadlıq” qəzetinin bugünkü sayında dərc olunan məsələyə də münasibətini açıqlayıb. M.Qurbanlı qeyd edib ki, “Azadlıq” qəzeti onun fikrilərini təhrif edib: “Obyektiv TV-yə müsahibə vermişəm. Lakin “Azadlıq” qəzetində yazılıb ki, guya mən bu müsahibədə Gülər Əhmədovanı aşağılayan hansısa bir ifadə işlətmişəm. Ümumiyyətlə, leksikonumda belə bir ifadə heç bir zaman olmayıb. Bu məsələ ilə əlaqədar birmənalı təkzib bildirirəm. Mənim Obyektiv TV-dəki çıxışım oradadır və istənilən vaxt hər kəs baxa bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2302

Oxşar yazılar