Almaniyalı hüquqçular Konstitusiya Məhkəməsində olub
0
0
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara məlumat verib.
F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, qurumun fəaliyyətində ayrı-ayrı ölkələrlə yanaşı, beynəlxalq məhkəmələrin təcrübəsinin də nəzərə alındığını vurğulanıb.
Azərbaycan Konstitusiya Məhkəməsinin Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının tamhüquqlu üzvü olduğu, bir çox beynəlxalq təşkilatlarla qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilib.
Fərhad Abdullayev Azərbaycan Konstitusiya Məhkəməsi tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsi presidentlərinin tam şəkildə qəbul olunduğu və qərarlarda istifadə edildiyi barədə qonaqlara məlumat verib.
Hans-Yörq Albrext rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışıb. O, Almaniya Konstitusiya Məhkəməsinin qərarlarında da Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsindən geniş istifadə edildiyini bildirib.
Görüş zamanı Avropa məhkəmələrinin təcrübəsində beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.