Mövlud Çavuşoğlu AŞPA-nı qınadı
0
0
Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Mövlud Çavuşoğlu Azərbaycan ordusunun zabiti Ramil Səfərovla bağlı məsələnin AŞ PA-da müzakirəyə çıxarılması və Suriya-Türkiyə münasibətləri barədə danışıb.
Lent.az-ın verdiyi məlumata görə, Mövlud Çavuşoğlu deyib ki, əgər AŞ PA insan hüquqları məsələsinə diqqət yetirirsə, nə üçün Azərbaycan torpaqlarının işğalı, Dağlıq Qarabağ məsələsi, Xocalı faciəsi diqqətdən kənarda qalır və bütün bunlar AŞ PA-nın ikili standartlardan çıxış etdiyini ortaya qoyur.
Mövlud Çavuşoğlu Suriyada da Bəşər Əsəd rejimi tərəfindən zorakılıq həyata keçirildiyini vurğulayıb. O bildirib ki, Türkiyə Suriya ilə savaş istəmir. Onun sözlərinə görə, Türkiyəyə bomba atılıb, vətəndaşları həyatını itirib və Türkiyə də buna cavab verib. Mövlud Çavuşoğlu Suriyada Bəşər Əsəd tərəfindən demokratik seçki keçirilməsini istədiklərini dilə gətirib. O, Suriya hərbi müdaxilə olarsa, bunun da beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsinin zəruri olduğunu qeyd edib.
Ramiz