Oqtay Əsədov: “Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşır ki...”
02 oktyabr 2012 18:22 (UTC +04:00)

Oqtay Əsədov: “Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşır ki...”

0
Oktyabrın 2-də Milli Məclisin Sədri Oqtay Əsədov Fransa senatorlarından ibarət nümayəndə heyətini qəbul edib. Milli Məclisin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə qeyd edilib ki, hər iki dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin möhkəm təməl üzərində inkişafı üçün yaxşı zəmin yaradıb. Bu günədək Azərbaycan ilə Fransa arasında 42 hüquqi sənəd imzalanıb ki, bunlar da iki ölkə arasında münasibətlərin etibarlı hüquqi bazasını təşkil edir.

Söhbətdə qeyd edilib ki, ötən il Azərbaycan və Fransa arasında ticarət dövriyyəsi 4,6 milyard ABŞ dollarından çox olub. Qeyri-neft sektorunda da əlaqələrimizi genişləndirmək üçün geniş imkanlar var. Xalqlarımızın rifahı naminə bu potensialdan istifadə olunmalıdır.

Görüşdə spiker sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi problemi olduğunu söyləyib. Bildirilib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, ötən dövr ərzində problem öz məntiqi həllini tapmayıb: “Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Qeyd etməliyəm ki, Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşmaqdadır ki, problemin həllinə təsir göstərə biləcək dövlətlər bəzən erməni diasporunun mövqeyi ilə hesablaşmalı olurlar”.

Senator Ladislas Poniatovski ölkəmizə səfərindən və burada keçirilən görüşlərdən məmnun qaldığını söyləyib. O, başçılıq etdiyi nümayəndə heyətinin tərkibində energetika sahəsində böyük təcrübəyə malik senatorların olduğunu qeyd edib. Fransalı senator parlamentlər səviyyəsində dostluq qruplarının fəaliyyətini təcrübə və informasiya mübadiləsi baxımından önəmli hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1178

Oxşar yazılar